Əsas səhifə / Əsas menu / Xəbər / Afrikada gənc “yataq yoldaşı” axtaran avropalı yaşlı qadınlar-fotolar
Bizi mobildən daha sürətli  izləyin

Afrikada gənc “yataq yoldaşı” axtaran avropalı yaşlı qadınlar-fotolar

Afrikada gənc “yataq yoldaşı” axtaran avropalı yaşlı qadınlar-fotolar

Fotoqraf Sofi Amali Kluqart bir neçə il öncə “ActionAid” təşkilatının vasitəçiliyi ilə Keniyanın paytaxtı Mombasaya səyahət edib. Səfərdə məqsəd Keniyadakı yoxsulluğu araşdırmaq olub.

İşdən kənar vaxtlarda şəhərə gəzməyə çıxan fotoqraf dəniz sahilində avropalı qadınlarla gəzən yerli sakinlərə rast gəlib. Turistlərdən biri ilə söhbəti zamanı bəlli olub ki, “romantik turizm” adlanan bu səfərlərdə avropalı qadınların məqsədi özlərinə əylənməyə gənc oğlanlar tapmaqdır. Bunun əvəzində həmin turistlər yerli oğlanları öz hesablarına gəzdirir, yemək alır, bəzən isə sadəcə nağd pul verirlər.

Gördükləri fotoqrafın marağına səbəb olur, məsələni araşdırmağa başlayır.

Kluqart yazır ki, Mombasa otelləri avropalı turistlərlə dolu idi. Məsələni araşdırandan sonra bəlli olur ki, “romantik turistlər” arasında təkcə qadınlar yox, kişilər də var. Otel sahibləri artıq bilir ki, bura gələn avropalıların “dərdi” nədir?! Yerli sakinlərlə onlar arasında münasibət hər kəsə bəllidir.

Fotoqrafın ilk çəkdiyi qadın Luiza olub. O, 1997-ci ildən bəri Keniyada yaşayır. Bələdçi işləyir. Fotoqraf Luizaya deyib ki, sevgi tarixçələrini çəkir. Luizanın cavabı belə olub: “Sevgi! Burda elə şey yoxdur!”. Luiza fotoqrafı iki yerli kişi ilə və turist qadınlarla tanış edib. Luizanın özü burda işə başlayarkən heç kimlə görüşməyəcəyinə söz veribmiş. Amma sonradan bir keniyalıdan hamilə qalıb. Sonra birlikdə Fransaya gediblər. Sevgilisinin xəyanət etdiyini biləndən sonra onu qovub. Sonradan Luiza bura yenə qayıdıb – oğlu atasına yaxın olsun deyə.

Luiza danışır ki, tənhalıqdan əziyyət çəkən avropalı qadınlar Keniyaya gəlib keniyalılarla görüşürlər. Yoxsulluqdan əziyyət çəkən keniyalı kişilər üçün bu cür münasibətlər göydəndüşmə olur. Özünə “müştəri” tapan keniyalını rahat yataq, nahar, qadından hədiyyələr gözləyir. Onlar bu hədiyyələri özündə saxlaya, yaxud sata bilər.

Belə turistlərin çoxu Almaniyadan, İsveçrədən, Şərqi Avropa və Britaniyadan gəlir. Adətən bu qadınlar varlı, kök və yaşlanmış olurlar…

Bir çox hallarda kişilər pul barəsində danışmırlar ki, qadınlarda “sevgi münasibəti” illuziyası dağılmasın. Baxmayaraq ki, bəzi turistlər seksdən dərhal sonra ödəniş edirlər.

Fotoqrafla söhbət edən qadınlardan biri deyib ki, ildə iki dəfə Almaniyadan Keniyaya gəlir və kurortda 3 həftə keçirir. Hər dəfə də o, eyni kişiylə görüşür.

Həmin alman qadın buradakı “sevgilisi”nə əvvəlcədən çoxlu pul verir ki, hər şeyi o ödəsin, kənardan qayğıkeş anaya oxşamasın. Keniyanı tərk edəndə də oğlan üçün pul qoyur.

Keniyalı kişilər bu cür münasibətlərə, həmçinin, Avropaya köçmək vasitəsi kimi baxırlar. Qadınların ağlını başından almağı bacaran keniyalılar onlarla birlikdə Avropaya gedirlər. Qadınlar isə sonradan başa düşürlər ki, əslində mühacirət üçün istifadə ediliblər…

Amma böyük əksəriyyət başa düşür ki, bu münasibətlərdə hər iki tərəfin öz marağı var. Birini həzz, əyləncə, digərini isə pul maraqlandırır.

Məsələn, 20 il qabaq əri xərçəngdən ölən avropalı qadın ildə bir dəfə bura gəlir. Fotoqraf Kluqartla söhbət edən qadın deyib ki, o uşaqlarına yeni ata axtarmır, bura gəlməkdə məqsədi sadəcə reallıqlardan bir az uzaqlaşmaqdır.
Amali Kluqartın Keniyadakı seks turizmindən çəkdiyi fotoları təqdim edirik.
[nggallery id=915]


keniya__2__5d89a855fa71de5b90e395178d41a71f

Buna da baxın

Kiçik gözləri daha böyük göstərən makiyaj

Whatsapp ilə Paylaş Makiyaj hər bir qadının əvəzedilməzidir. Makiyajla üz cizgilərini bir qədər daha qabardaraq …