Əsas səhifə / Əsas menu / Sağlamlıq / Ağ çay içməyin tam zamanıdır
Bizi mobildən daha sürətli  izləyin

Ağ çay içməyin tam zamanıdır

agAğ çay içməyin tam zamanıdır

Yay aylarına yaxınlaşdığımız bu günlərdə maddələr mübadiləsi sürətini artıran və zəifləməyə köməkçi olan ağ çayı içməyin tam zamanıdır. Doğru içildiyi zaman insan sağlamlığına yaxşı gələn bitki çayları, bir çox xəstəlikdən qorunmağa dəstək olur.

Son illərdə adını tez-tez duyduğunuz ağ çay, maddələr mübadiləsi sürətini artırır, yağların əriməsin köməkçi olur, dərini mənfi təsirlərdən qoruyur və dişlərin güclənməsinə dəstək olur.

Daha yüngül bir aromaya sahibdir

Gündə 3 stəkan içilməsi təklif edilən ağ çay, qara və yaşıl çaya nisbətlə daha yüngül bir aromaya sahib olmasıyla da seçilir. Ən keyfiyyətli ağ çay yarpaqları isə hər il yazda yalnız 3-5 gün ərzində yığılır.

Stressi önləyir

Ağ çay, daha az əməliyyatdan keçdiyi üçün digər çaylara nisbətən daha çox antioksidan ehtiva edir. Edilən araşdırmalara görə ağ çayda olan kateşinlər, xərçəngli hüceyrənin meydana gəlməsini də önləyərək şişlərin böyüməsini yavaşladır. Tərkibində olan antioksidanlar ayrıca stressi önləməyə də köməkçi olur. Başqa bir araşdırmada isə ağ çayın tərkibindəki polifenollar və kafeinin arıqlamağa köməkçi olduğu ifadə edilir.


Buna da baxın

Saç artıran möcüzəvi qarışım

Whatsapp ilə Paylaş  Saç tökülməsi kişilər və qadınların ortaq  problemləridir. Səbəbləri fərqlidir, stress, gündəlik həyatda …