Əsas səhifə / Əsas menu / Gözəllik / Ağ saçlara qarşı təbii tərkib
Bizi mobildən daha sürətli  izləyin

Ağ saçlara qarşı təbii tərkib

jk

Müəyyən bir yaşdan sonra saçlarımız ağarmağa başlayanda demək olar ki, hamımız ya saç ustalarına ya da kasmetika dükanlarına qaçırıq. Buna görə də saçlarımız mütəmadi olaraq kimyəvi maddələrin təsirinə məruz qalır. Nəticədə saç tökülməsi kimi daha ciddi problemlər ortaya çıxır.

Qadınklubu.com ağ saçlara qarşı təbii tərkibi sizə təqdim edir:

Tərkibindəkilər:

6 ədəd döyülmüş qoz
3 ədəd qırmızı soğan qabığı
1 çimdik dəfnə yarpağı
1 ədəd qırmızı almanın qabığı
1 xörək qaşığı qara çay
1 çay qaşığı mixək
1,5 litr su

Hazırlanması və istifadə qaydası

Qoz, qırmızı soğan qabığı, dəfnə yarpağı , qırmızı almanın qabığı, qara çay və mixəyi 1,5 litr suyun içində 10 dəq müddətində qaynadıb çay kimi dəmləyin. Hər gün saç diblərinə sürtün.

Faydaları

Saçınızı bəsləyir və rənginin tündləşməsini təmin edir.

Xəbərdarlıq

Sarı saçlar üçün uyğun deyil. Bu qarışımı 3 gündən bir təzələmək lazımdır.

Buna da baxın

Saç artıran möcüzəvi qarışım

Whatsapp ilə Paylaş  Saç tökülməsi kişilər və qadınların ortaq  problemləridir. Səbəbləri fərqlidir, stress, gündəlik həyatda …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir