Əsas səhifə / Manşet / Ağ və südlü şokoladın hazırlanması
Bizi mobildən daha sürətli  izləyin

Ağ və südlü şokoladın hazırlanması

Ağ şokoladın hazırlanması

Tərkibi:

  • ½ çay qaşığı vanil
  • 50 qr kakao yağı
  • 50 qr şəkər pudrası
  • ½ çay qaşığı quru süd
  • 1 çimdik duz

Hazırlanması:

Su hamamında kakao yağını əridirik. Şəkər pudrası ilə quru südü və duzu qarışdırırıq.Ələkdən keçirərək qarışımı ərimiş kərə yağına əlavə edərək eyni zamanda qarışdırmağa davam edirik. Vanili əlavə edib qarışımı isti halda qəliblərə dolduraraq bir neçə saat soyuducuda gözlətdikdən sonra servis edə bilərsiniz.

Südlü şokoladın hazırlanması:

Tərkibi:

  • ½ çay qaşığı vanil
  • 50 qr kakao yağı
  • 20 qr kakao bərk və ya toz şəklində
  • 50 qr şəkər pudrası
  • 1 çay qaşığı quru süd
  • 1 çimdik duz
  • Fındıq (zövqə görə)

Hazırlanması:

Su hamamında kakao yağını əridirik. Şəkər pudrası ilə quru südü və duzu qarışdırırıq.Ələkdən keçirərək qarışımı ərimiş kərə yağına əlavə edərək eyni zamanda qarışdırmağa davam edirik. Vanili əlavə edib qarışımı isti halda fındıq düzülmüş qəliblərə dolduraraq bir neçə saat soyuducuda gözlətdikdən sonra servis edə bilərsiniz.

Nuş olsun!

Buna da baxın

Şokalad maskası

Whatsapp ilə Paylaş Şokoladın tərkibindəki kakao və kakao yağı dəri üçün mükəmməl bir nəmləndiricidir. Şokoladın …