Əsas səhifə / Manşet / Ağcaqanad qovan 4 bitki
Bizi mobildən daha sürətli  izləyin

Ağcaqanad qovan 4 bitki

Yay gəldisə demək bağçalarda və evlərdə ağcaqanadla mübarizə başlayıb.

Qadınklubu.com-un məlumatına görə, bir neçə  bitki və çiçəklər var ki, onları eyvanınızda və bağçanızda saxlamaqla ağcaqanadlardan qurtula bilərsiniz.

Həmin möcüzəvi bitkilər ilə tanış olun:

1.Reyhan

Reyhanı saxsı qablarda yetişdirmək mümkündür. Reyhan ağcaqanadla mübarizədə birinci bitkidir. Reyhanı evin girişinə yaxın qoymaq olduqca faydalı olacaq.

2.Limonotu

Limonotu təbii bir böcəksevən bitkidir. İçindəki citronella maddəsi yay boyunca ağcaqanadları içinə alır. İldə bir dəfə böyüyən bitkidir.

 3.Lavanta

Lavanda qoxusunun gözəlliyi ilə seçilsə də,həm də çox əhəmiyyətli bir həşərat dəfedicidir. Həşəratlar lavanda qoxusundan nifrət edərlər. Ayrıca lavanda yağını dərinizə ya da uşağınızın dərisinə çəkərək ağcaqanaddan qoruna bilərsiniz.

4.Nanə

Nanə bildiyimiz ən məşhur ağcaqanad qovucu bitkidir. Həm saxsıda, həm də bağçada yetişir.