Əsas səhifə / Manşet / Ağcaqanadları sizdən uzaqlaşdıracaq təkliflər …
Bizi mobildən daha sürətli  izləyin

Ağcaqanadları sizdən uzaqlaşdıracaq təkliflər …

ağcanqandalarısizdən uzaqlaşdıracaq təkliflər

Ağcaqanadları sizdən uzaqlaşdıracaq təkliflər …

– Nəbz nöqtələrinə vanil parçaları sürtün.

– Sprey şüşəyə bir neçə damla çay ağacı yağı damladın və üzərinə təmiz su əlavə edib çalxalayın sonra dərinizə püskürtün.

– Yenə bir sprey şüşəsinə limon və ya Medoil portağal yağı damladıb çalxalayın. Bu üsulla ağcaqanadları uzaqlaşdıra bilərsiniz.

– 1 su stəkanı alma sirkəsi, bir çimdik qurudulmuş adaçayı, bibəriyə, lavanda, kəklikotu və nanə yarpaqlarını şüşə qabda qarışdırın. İki həftə ərzində hər gün çalxalayaraq, soyuducuda qoruyun. İkinci həftənin sonunda otları süzün və  qalan mayeni yarı-yarıya su əlavə edərək dərinizə sürtə bilərsiniz.

-1 stəkan suya 5 damla Medoil limon yağı, 10 damla reyhan və ya nanə yağını əlavə edərək  çalxalayın və ağcaqanadlardan qorunmaq üçün dərinizə sürün.

– Ağcaqanad qovucu təsirə malik olan mixək, nanə, rozmarin, lavanda, kəklikotu, razyana, dəfnə, reyhan, yağlarını da su ilə qarışdıraraq istifadə edə bilərsiniz. Bu yağları dərinizə sürtməyin. Bir qədər su ilə qarışdırıb otaqda saxlayın.

Evinizdən ağcaqanadları uzaqlaşdırmaq üçün

– 1 ədəd yetişməmiş limonu ovuc içinizdə bir qədər sıxaraq sulandırın, ortadan ikiyə kəsərək içinə 10 ədəd mixək sancın  və stolun üzərinə qoyun.

– Evinizin bəzi bölgələrinə mixək qoyun, beləcə ağcaqanadları özünüzdən və evinizdən uzaqlaşdırmış olarsınız.

– Ağcaqanadlar təzə reyhan qoxusunu sevməzlər bu səbəblə evinizdə bir neçə reyhan bitkisi saxlamanız işinizə yarayar.

Buna da baxın

Allahın bizə göndərdiyi sehirli bitki…

Whatsapp ilə Paylaş Reyhan – yaşıl yarpaqlarla oval və spesifik qoxusu ilə seçilən bu bitkinin …