Əsas səhifə / Əsas menu / Yemək reseptləri / Şirniyyatlar / “AĞILLI” PİROJNA RESEPTİ
Bizi mobildən daha sürətli  izləyin

“AĞILLI” PİROJNA RESEPTİ

Niyə ağıllı? Çünki bu pirojnanı hazırlayarkən xəmiri adi keks xəmiri kimi qaba töküb sobaya qoyursuz və hazır olandan sonra keks yox, sufle, krem və biskivit qatları olan pirojna əldə edirsiz. Digər pirojnalarda isə bunları ayrı-ayrılıqda hazırlamaq lazımdır. Bununla yanaşı həm də çox dadlı və yüngül desert alınır. Yaxınlarınızı təəccübləndirmək üçün əla reseptdir.

Tərkibi:

-125 qr kərə yağı
-110 qr un
-500 ml Süd
-şəkər 150 qr
-4 yumurta
-vanil

Hazırlanması:

Kərə yağını əridib soyudun.

7085214_orig

Yumurtaların ağını sarısından ayırın.

2446033_orig

Yumurta sarılarını şəkər və vanil ilə birlikdə mikserlə çalın.
Ərinmiş yağı da əlavə edib yenidən mikserlə çalın.

3325291_orig

Unu az-az əlavə edib qarışdırın.

7876068_orig

Südü əlavə edib çırpma teli ilə qarışdırın.

8239599_orig

Yumurta ağlarını mikserlə ağarıb qatılaşana qədər çalın.

5193995_orig

Çaldığınız yumurta ağlarını da xəmirə qatıb hamısını qarışdırın. Soba qabını yağlayıb xəmiri tökün.

2806461_orig

180 dərəcəyə qədər qızdırılmış sobada 40-45 dəqiqə bişirin.

6293425_orig

Soyuyandan sonra kesib şəkər pudrasını səpin və 1 stəkan çay süzüb ağıllı pirojnanın dadına baxın.

4526993_orig

Nuş olsun!

Buna da baxın

Piroqun şişməsi üçün məsləhətlər

Whatsapp ilə Paylaş Bir çox xanımlar bişirdiklərin piroqun istədikləri kimi şişməməsindən şikayətcidirlər. Reseptə riayət etsələr də eyni …