Əsas səhifə / Manşet / Ağız dadınızı dəyişdirəcək – Almalı əriştə
Bizi mobildən daha sürətli  izləyin

Ağız dadınızı dəyişdirəcək – Almalı əriştə

almall

Ləvazimatlar

Yumurtalı əriştə -300q
Kök -3 əd
Alma -1 əd
Yumurta -3 əd
Limon şirəsi – 1ç.q
Kərə yağı- 3x.q
Şəkər tozu -2 x.q
Zəncəfil kökü- 1sm
Darçın bir çimdik
Duz

Hazırlanması

  1. Almanı , kökü təmizləyib yuyuruq və sürtkəcdən keçiririk. Üzərinə limon şirəsini gəzdiririk.
  2. Əriştəni duzlu qaynar suda 4 dəqiqə bişiririk. Hazır olan əriştəni süzgəcdən süzürük və üzərinə soyuq su gəzdiririk. Suyunun süzülməyini gözləyirik.
  3. Zəncəfilin kökünü təmizləyib doğrayırıq. Yumurtaya şəkərtozu , duz, darçın və zəncəfili qatıb çalırıq. Daha sonra əridilmiş kərə yağını əlavə edib qarışdırırıq. Əriştəni, almanı, kökü bir biri ilə qarışdırıb, yağlanmış qaba töküb, yumurtanı üzərinə tökürük və 180 dərəcədə 30-35 dəqiqə bişiririk..

Damağınızın dadını dəyişmək üçün gözəl seçımdir.//metbexdenxeberler.com

 

 

Buna da baxın

Çox asan hazırlanan almalı toplar

Whatsapp ilə Paylaş Ləvazimatlar 2 ədəd rəndələnmiş alma 2 xörək qaşığı toz darçın 2 stəkan …