Əsas səhifə / Manşet / Ağız qoxusuna 5 dəqiqədə son – Resept
Bizi mobildən daha sürətli  izləyin

Ağız qoxusuna 5 dəqiqədə son – Resept

l

Zaman-zaman bəzi insanlarda ağızda yaranan xoşagəlməz qoxular narahatlığa səbəb olur. Belə ki, ağız qoxusu hər kəsin ağzında olan gündəlik bakteriyaların yığılması nəticəsində yaranan qoxudur.

Patoloji ağız qoxusu isə ətrafdan hiss ediləcək dərəcədə olur. Ağız qoxusu lokal və sistemik xəstəliklər səbəbiylə də ortaya çıxır.

Ağızdakı çürük dişlər, plomblar, köhnəlmiş örtmələr, dil üzərində yığılmış mikroorqanizmlər və yaranan faringit lokal səbəblərə aiddir.

Bağırsaq, mədə, qaraciyər xəstəliklərindən yaranan ağız qoxusu sistemik səbəblərə aiddir.

Ağız qoxusundan xilas olmaq üçün ilk növbədə dişlərə xüsusi qulluq etmək, dişarasında olan qida qalıqlarını və dili təmizləmək vacibdir.

Çoxlu su içmək ağız boşluğunun nəm saxlanmasına və dil üzərində qalan qida qalıqları və bakteriyiların yuyulub aparılmasına kömək edir.

Diqqət!!! 5 dəqiqə ərzində ağzınızdan gələn pis qoxu aradan qalxacaq! Bu vasitə, pis qoxunu törədən bütün bakteriyaları məhv edəcək!

Beləliklə, sizə təbii vasitə təqdim edəcəyimiz bu vasitə ilə ağzından gələn pis qoxudan birdəfəlik xilas olacaqsınız!

Sizə lazımdır:

2 limon

1 stəkan isti su

Yarım çay qaşığı darçın

1 çay qaşığı soda

1 çay qaşığı bal

Hazırlanması:

Şüsə qab götürün və ora darçın əlavə edin. Darçına bal və limon şirəsi əlavə edin. (Əgər bal yoxdursa soda əlavə edin)

Bir fincan isti su qatıb və yaxşıca qarışdırın.

1 və ya 2 xörək qaşığı bu təbii vasitədən istifadə edin, bir neçə dəqiqə ağzınızı yaxalayın sonra tüpürün.

Qeyd:

Darçın ağzınızda pis qoxu törədən bakteriyaları məhv edir. Bal antibakterial xüsusiyyətə malikdir və soda dişləri ağartmağa kömək edir. Limonun xoş ətri var, həmçinin, ağzınızda qala biləcək istənilən bakteriyaları məhv etmək üçün ideal vasitədir.//SaqlamHeyat.az

Buna da baxın

Bağırsaqdakı bakteriyalar

Whatsapp ilə Paylaş Bağırsaq bakteriyası xəstəliyi, adətən, yay aylarında yayılır. Bunun əsas səbəbi yayda meyvə …