Əsas səhifə / Əsas menu / Sağlamlıq / Ağız qoxusundan xilas olmağın yolları
Bizi mobildən daha sürətli  izləyin

Ağız qoxusundan xilas olmağın yolları

466_doud1u7nt8

Sadəcə ağız qoxusu deyib keçməyin. Zamanla həm sağlamlığa, həm də münasibətlərinizə təsir göstərən ağız qoxusu, hətta evlilik həyatını bitirən səbəb də ola bilir. Sizlərə diş həkimlərinə istinadən ağız qoxusundan qurtulmağın yollarını açıqlayıyırıq.

-Yumşaq diş fırçası yerinə orta diş fırçası istifadə edilməlidir.

-Bakteriya valları və yemək artıqlarını təmizləmək üçün dişlər gündə iki dəfə fırçalanmalıdır və hər gün diş ipi istifadə edilməlidir.

-Ağız qoxusuna səbəb olan dildəki təbəqələşmənin qarşısını almaq üçün dili fırçalağı vərdiş halına çevirmək.

-Ağız yaxalayıcılarını alarkən tərkibində spirtin olmamasına diqqət yetirilməlidir.

-Çinkolu (bir mineral növüdür) saqqızlar və çinkolu diş pastaları seçim edilməlidir .

-Diş və diş əti xəstəlikləri, ağız müayinəsi və qulluğu üçün diş həkimi nizamlı olaraq ziyarət edilməlidir.

-Ağızdakı bütün diş çürükləri, qırıq plomblar və ya kron – körpülər müalicə etdirilməlidir.

-Protez, plomb, diş körpülərinin aralarına qaçan və orada qalan yeməklər pis qoxuya səbəb olur. Buna görə də mütəmadi olaraq bu protezler çıxarılaraq təmizlənməlidir.

-Ağız qoxusuna səbəb olan ağız quruluğunun qarşısını almaq üçün bol- bol su içilməlidir.

-Mümkün olduğu qədər cəfəri, qəhvə dənəsi, limon qabığı kimi qoxunu önləyici yeməklər istehlak edin. Basdırma, sosiska kimi ədviyyatlı yeməklərin ardından dərhal dişlərinizi fırçalayın.

Buna da baxın

Qırılan dodaq boyasını bərpa etmək qaydası

Whatsapp ilə Paylaş Əgər sevdiyiniz dodaq boyanız diqqətsizlik nəticəsində qırıldısa, dərd etməyin. Bərpa edərək dodaq …