Əsas səhifə / Əsas menu / Sağlamlıq / Ağız sağlamlığınızı belə qoruyun
Bizi mobildən daha sürətli  izləyin

Ağız sağlamlığınızı belə qoruyun

diAğız sağlamlığınızı belə qoruyun

Gündə yalnız 5 dəqiqənizi ağız baxımına ayırın. Tam ağız baxımınızı 3 adımda tamamlayın. Yalnız fırçalamaq və diş ipi istifadə bütöv ağız baxımı üçün çatmaz, özü bakteriya qatına qarşı təsirli bir maye ağız baxım məhsulu ilə ağızınızı çalxalayın.

Dişlərə faydalı yeməklərdən yeyin. Alma, armud, kərəviz, kök, gül kələm, çiyələk kimi meyvə və tərəvəzlərin içəriklərindəki təbii liflərin tüpürcəklə birləşməsi nəticəsində diş təmizliyinə köməkçi olur. Ağzınızdakı bakteriyalardan 24 saat qorunun. Bakteriyalara qarşı təsiri klinik işlərlə sübut olan ağız baxım məhsulunu, gündə 2 dəfə 30 saniyəlik istifadə bakteriya valı meydana gəlməsinə və diş əti problemlərinə qarşı 24 saat qoruma sağlayır.

Qazlı və şəkərli qidalar dişlərin çürümə prosesini başladər. Bu qidaları yedikdəm sonra təsirli bir ağız təmizliyi edin.

Tez-tez maye qəbulu ağızınızı nəmli saxlayır. Xüsusilə siqaret çəkənlərin, siqaretin tüpürcəyin axışını azaltması və ağız quruluğuna səbəb olması səbəbiylə pis ağız qoxusuna səbəb verməməsi üçün bol maye içməyi lazımdır.

Gecə yatmazdan əvvəl ağız baxımını laqeyd yanaşmayın. Ağızda qalan bakteriyalar gecə boyunca sürətlə törəməyə davam edir. Bu səbəblə yatmazdan əvvəl sağlam ağız baxımı üçün təklif olunan 3 addımı tətbiq edin. Doğru fırçanı seçin. Dişləri fırçalamağı bilmək qədər fırça seçimi də əhəmiyyətlidir. Diş həkimlərinin çoxu düz, kiçik başlı və yumşaq diş fırçalarının, valları təmizlədiyi üçün ən yaxşı seçim olduğu mövzusunda həm fikirdir. Müəyyən fasilələrlə diş fırçanızı dəyişdirin.

Hər 6 ayda bir diş həkiminizə yoxlamaya gedin

Dişləriniz qanıyırsa, fırçalamaya ara verməyin. Dişəti xəstəliyinin ilk mərhələsi ola bilər və doğru ağız baxımı ilə diş əti xəstəliyini qarşısını ala bilərsiniz. Dişərləriniz iki həftədən uzun müddətdir qanıyırsa, mütləq bir diş həkiminə müraciət edin.Unutmayın yalnız diş fırçalama və diş ipi tam ağız baxımını tamamlamaz. Nə qədər yaxşı fırçalarsanız fırçalayın fırça və diş ipi ilə çata bilmədiyiniz yerlərdə qalan bakteriyalar ağıza yenidən yayılır. Bakteriya qatına qarşı təsirli maye ağız baxım məhsulu ilə ağızınızı çalxalayaraq bakteriyaların sürətlə yayılmasına yol verməyinvə ağız sağlamlığınız üçün 3 addımı tamamlayın.


Buna da baxın

Evdə hazırlanan təbii qarqara

Whatsapp ilə Paylaş Diş və ağız sağlamlığınızı qorumaq üçün özünüz evdə təbii vasitələrdən qarqara hazırlaya …