Əsas səhifə / Əsas menu / Sağlamlıq / Alternativ tibb / Ağız yaralarına təbii çarə
Bizi mobildən daha sürətli  izləyin

Ağız yaralarına təbii çarə

aızyaralarına çarə

Narahatedici və ağrılı olan ağız yaralarının bir çox yaranma səbəbləri ola bilər.

Ağız yaralarının sağalma müddəti bəzən çox qısa bir müddətdə, bəzən isə uzun müddət davam edə bilər. Bu ağız yaraları toxuma pozğunluqlarından qaynaqlanır. Ağız təmizliyinə kifayət qədər əhəmiyyət verməmək, həddindən artıq isti və ya soyuq yemək və içkilərin istehlak edilməsi kimi daha bir çox səbəb ağız yaralarına səbəb ola bilər. Yanağınızı bilmədən ani olaraq dişlədiyinizdə də ağız yaraları əmələ gələ bilər. Ancaq ağız yaraları uçuq ilə qarışdırılmamalıdır. Ağız yaraları ağzın içində ortası ağ ya da sarı rəngdə olur. Qeyd edək ki,  kişilərdə ağız yaralarının meydana gəlmə riski, qadınlara nisbətən daha yüksəkdir.

Müalicəsi

  • Ağız yaralarını sağaldan ən təsirli üsullardan biri çay sodası ilə yara olan nahiyyənin  təmizlənməsidir. Ağız boşluğundakı  yaranın üstünə çay sodası tətbiq edərək ağrını azalda və sağalmasını tezləşdirə bilərsiniz.
  • Bunun xaricində duz və suyu qarışdıraraq bununla qarqara edilməsi də son dərəcə məşhur olan digər üsuldur. Ən başda yüngül bir ağrı, qaşıntı və yanma hissini yaşatsa da, qısa müddət sonra yaranın sağalmasını təmin edir.
  • Bir digər müalicə üsulu olaraq heyva meyvəsi və ya kompot olaraq içilməsi də ağız yaraları üçün qabaqlayıcı təsirə malikdir. Heyva meyvəsinin istehlakı də qısa müddətdə ağız içi yaralarından xilas olmağı təmin edər.
  • Bu şəkildə evdə tətbiq olunan üsullardan əlavə, apteklərdə satılan ağız yaraları üçün kremlərdən də istifadə edə bilərsiniz.
  • Bitki mənşəli paket çayları da ağız yarasının üzərinə tətbiq olunarsa, yaxşılaşma müddətini sürətləndirəcək şəkildə təsir edir. Bu üsulları tətbiq edilməsinə baxmayaraq, əgər ağız yaralarınızda yaxşılaşma və ya kiçilmə yoxdursa, vaxt itirmədən həkimə müraciət edin. 1 sm-dən böyük ölçülərdə və eyni zamanda  uzun müddət sağalmayan ağız yarası varsa, bu təhlükəli ola bilər. Belə olan halda mütləq mütəxəssisə müraciət edilməlidir.
  • Daha çox bitki mənşəli üsul arasında iştirak edən kişmiş, cirə və bal qarışığını ağız yarasına çəkə bilərsiniz.

Bitki mənşəli müalicəsi

Sirkə: Ağız yarası üçün bitki mənşəli həll deyildikdə, ağıla ilk gələn sirkdir. Sirkə ilə qarqara ən qısa müddətdə ağızdakı yaranın sağalmasını təmin edər.

Kəklikotu: Kəklik otu ağız yaralarını sağaldan vasitələr arasında ən təsirlisidir. Eyni zamanda kəklikotu ağız yaralarını sağaltmaqdan başqa, həm də yenidən yaranmasının qarşısnı alır. Bunu üçün bir qədər kəklikotunu çeynəmək kifayətdir.

Kəklikotu, küncüt  yağı və sirkə ilə qarqara da təsirli üsullar sırasındadır.

Tut: Tut siropu, ağız yaraları üçün təsirli olan bitki mənşəli üsullardandır. Hər hansı bir pambıqlı çubuq köməyi ilə ağız içindəki yaralarınıza tut şurubunu tətbiq edə bilərsiniz. Nar şərabı da eyni şəkildə ağız yaraları üzərinə sürtməklə yaranın yaxşılaşmasını təmin edə bilərsiniz.

Cəfəri: Cəfəri yarpalarını yemək ağız yaralarını sağaldır. Tərkibində bol miqdarda dəmir olduğundan, dəmir əskikliyindən qaynaqlanan ağız yaralarının aradan qaldırılmasını  təmin edə bilər.

Limon: Sirkə qədər təsirli olan başqa bir üsul limon suyu ilə qarqara etməkdir. Limon suyunun bakteriyaları öldürmə xüsusiyyəti vardır ki, bu da ağzı yaralarının yaranmasının qarşısını alır.

Bunun xaricində çobanyastığı, soğan, alça, reyhan kimi bitkilər də ağız yaralarına çox təsirli olan maddələrlə zəngindirlər.

Buna da baxın

Dırnaq yemək vərdişinin Səbəbləri və həlli

Whatsapp ilə Paylaş Ümumiyyətlə uşaqlarda 3-4 yaşlarından etibarən görülə bilən dırnaq yemə davranışı, yetkin insanlarda …