Əsas səhifə / Manşet / Ağızdan gələn pis qoxunun səbəbi və müalicəsi
Bizi mobildən daha sürətli  izləyin

Ağızdan gələn pis qoxunun səbəbi və müalicəsi

h

Ağız qoxusu insanların utandığı xoş olmayan bir vəziyyətdir.

Gündəlik ictimai həyatımızda ünsiyyət zamanı bizə utanc hissi yaşadan ağız qoxusunun təbii ki, həlii vardır. Həllindən əvvəl bu halın yaranma səbəbini bilmək lazımdır. Yaranma səbəbləri xəstəlik, ağız və diş problemləri, qidalanma, siqaret, içki və.s bu kimi vəziyyətlər ola bilər.

Diş əti problemlərinin və xəstəliklərinin olması ağız qoxusunun yaranmsına şərait yaradan ilkin səbəblərdəndir. Birinci düzgün fırçalanmayan dişlər təbii olaraq dişdə və diş ətində problemlər meydana gətirir və bu şəraitdə ağızda pis qoxular meydana gəlir. Diş əti olduqca yumuşaq toxumalardan ibarətdir. Dişləri əhatələyərək ətraf təhlükələrdən qoruyur. Diş ətinə yapışan bakteriyalar bir zaman sonra iltihaba çevrilərək diş ətinə ziyan verir. Dişin üzərində bakteriyaların əmələ gətirdiyi karies bir müddət sonra dişlərə ziyan verməyə başlayır. Və burdakı iltihab, çürümə kimi problemlərin nəticəsində ağızdan pis qoxu gəlməyə başlayır.

Ağız quruluğu

Ağız quruluğu da pis qoxuların yaranmasındakı səbəblərdəndir. Ağız, burun və boğaz xəstəlikləri olanlar məcburən ağızları ilə nəfəs aldıqlarına görə, bu da ağız quruluğuna səbəb olur. Bundan əlavə istifadə edilən bir sıra dərmanlar var ki, onlar da ağız quruluğuna səbəb ola bilir. Eyni zamanda xərçəng, diabet, qaraciyər və böyrək çatışmamazlığı, mədə narahatlıqları,yüksək təzyiq, psixoloji problemlər və.s kimi xəstəliyi olanlarda da bu vəziyyət tez-tez rast gəlinir.

Ağız qoxusunun müalicəsi

Ağız qoxusunun müalicəsi yaranma səbəbindən asılı olaraq dəyişir. Əgər səbəb diş və ya diş əti problemləridirsə, ilk öncə ağızdakı bakteriyalarağızdakı bakteriyalar təmizlənir. Əgər diş ətində probleminiz və ya çürük dişiniz varsa bunlar müalicə edilir. Dişlərin normadan kənar düzülüşü, məsələn çarpaz olması dişləri fırçalayan zaman narahatçılıq yaratdığına görə diş əti xəstəliklərinə yol açar. Tez həkim müayinəsinə gedib problemin qarşısı alınarsa, dişlərinizi itirmək təhlükəsi ilə üz-üzə qalmazsınız.

Ağız qoxusu bəzən hansısa bir xəstəliyin də xəbərçisi ola bilir. Ona görə, müntəzəm olaraq ağızınızdan pis qoxu gəlirsə, mütləq həkimə gedib problemin qaynağını taparaq həll edin.

Dilinizi fırçalayın

Diş fırçalamaq üçün xüsusi fırçalar vasitəsilə dilinizi fırçalayın. Çünki bəzən dilin üzərində qalan bakteriyalar qoxu əmələ gətirə bilir.

Bol su için

Bol su içmək, (böyrəyində problemləri olmayanlar üçün) ağzıda tüpürcəyin ifrazının artmasına səbəb olur. Bunun üçün gün ərzində 2.5-3 litr su içməyiniz lazımdır.

Darçın istifadə edin

Darçın ağız boşluğundakı bakteriyaların məhvində ən yaxşı vasitədir. Yeməklərinizdə darçından istifadə etməyiniz pis ağız qoxunuzun azalmasına kömək edəcək.

Qarqara edin

Hər axşam dişlərinizi fırçaladıqdan sonra apteklərdə satılan ağız boşluğu üçün yaxalıyıcılarla qarqara edin.

Buna da baxın

Daha ağ və sağlam dişlər üçün mütləq sınayın

Whatsapp ilə Paylaş Xüsusilə ağız qoxusundan əziyyət çəkənlər dişlərini fırçalamaqla yanaşı həm də ağız təmizləmə …

Bir şərh

  1. adi duzlu sj ile axwamlar edilen qarqaralar bu problemi hell edir.