Əsas səhifə / Manşet / Ağlayan keks resepti
Bizi mobildən daha sürətli  izləyin

Ağlayan keks resepti

agg

Ləvazimatlar

  • 4 ədəd yumurta
  • 1 stəkan şəkər tozu
  • 2 xörək qaşığı süd
  • 1.5 stəkan un
  • Qabartma tozu
  • 1 stəkan kakao
  • 1 xörək qaşığı duru yağ

 

Keksi islatmak üçün:

  • 2 stəkan süd

Üzəri üçün

  • 1 paket krem şanti
  • 1 kasa fındıq (istəyə bağlı)
  • 1 paket şokolad sosu

Hazırlanması

Əvvəlcə yumurta və şəkər tozunu yaxşıca qarışdırırıq. Qalan ləvazimatları da əlavə edərək, keks xəmiri hazırlayırıq. Təxminən 28×28 ölçüsündə şüşə qablardan istifadə edə bilərsiniz. Xəmiri yağlanmış qaba töküb, 170 dərəcəli sobada bişiririk.

Bişən keksi diş çöpü ilə deşib, üstünə 2 stəkan süd gəzdiririk.

Keks tamamilə soyuduqdan sonra üzərinə hazırladığımız krem şantini çəkirik. Üzərinin daha axıcı olmasını istəsəniz, krem şantini 2 paket istifadə edin. Son olaraq keksin üzərini bol şokolad sosu ilə örtürük. Şokolad sosu mütləq soyuq halda olmalıdır.

Nuş olsun!

Qadinklubu.com

 

 

Buna da baxın

Ağlayan keks

Whatsapp ilə PaylaşTərkibi: 4 ədəd yumurta 1 su stəkanı şəkər 2 yemək qaşığı süd 1,5 …