Əsas səhifə / Manşet / Ağlayan keks
Bizi mobildən daha sürətli  izləyin

Ağlayan keks

Tərkibi:

  • 4 ədəd yumurta
  • 1 su stəkanı şəkər
  • 2 yemək qaşığı süd
  • 1,5 su stəkanı un
  • Qabartma tozu
  • 1 çay stəkanı kakao
  • 1 yemək qaşığı duru yağ

Sous üçün:

  • 2 su stəkanı süd
  • Üzəri üçün:
  • 1 paket krem şanti
  • 1 stəkan xırdalanmış fındıq (zövqə görə)
  • 1 paket şokolad sousu

Hazırlanması:

İlk olaraq yumurta və şəkər yaxşıca çırpılır. Daha sonra digər ərzaqlar əlavə edilərək keks xəmiri hazırlanır. Təxminən 28×28 ölçüsündə kvadrat formada ya da yumru formalı azca yağlanmış (yapışmamağı üçün) siniyə tökülərək, əvvəlcədən 170 dərəcə isidilmiş sobada bişirilir. Sobadan çıxardıqdan sonra üzərində dəliklər açılır. 2 su stəkanı südü üzərinə gəzdirilir. Keks tamamilə soyuduqdan sonra üzərinə hazırlamış olduğunuz krem şanti (şantinin hazırlanma qaydası paketin üzərində qeyd olunmuşdur) sürtülür. Üzərinin daha axıcı olmasını istəyirsinizsə, 2 paket istifadə edə bilərsiniz. Son olaraq bol şokolad sousu ilə üzəri örtülür. Şokolad sousu da mütləq soyuq olmalıdır. Əks təqdirdə krem şantini əridə bilər. Bir neçə saat gözlətdikdən sonra dilimləyərək servis edə bilərsiniz.

Nuş olsun.

Buna da baxın

Lava keksi

Whatsapp ilə PaylaşTərkibi: 120 qr qara şıkalad 74%-li 50 qr kərə yağı 3 yumurta 40 …