Əsas səhifə / Əsas menu / Ana və uşaq / Ağlayan uşağı sakitləşdirməyin yolları
Bizi mobildən daha sürətli  izləyin

Ağlayan uşağı sakitləşdirməyin yolları

aggAğlayan uşağı sakitləşdirməyin yolları

1. Sakit olun. Siz sakit olmasanız, uşağınız da sakit olmaz.

2. Uşağınızın bezini yoxlayın. Ola bilər ki, o, natəmizlikdən narahatdır.

3. Körpənin tempraturuna baxın. Ənsəsinə toxunaraq bunu anlaya bilərsiniz.

4. Uşağınızı əmizdirin.

5. Uşağınızın qazı varmı? Hər dəfə əmizdirdikdən sonra uşağı dik tutaraq rahatlamasını təmin edin.

6. Uşağınızla yatın. Bəzən körpənizin hər şeydən çox sizə ehtiyacı vardır. Yanında yatmaqla onun bütün tələblərini ödəyə bilərsiniz.

7. Uşağınızı qucağınıza alıb, çölə baxacaq şəkildə tutun.

8. Ona həzin nəğmələr oxuyun.

9. Körpənizi qucağınıza alıb rəqs edin. Sizə təması hiss etmək ona yaxşı gələ bilər.

10. Uşağınızı masaj edin.

11.Ona əmziyini verin.

12. Xarici təsirləri azaldın. Bəzən uşağın hüzursuz olmasına səbəb kənardan gələn səs-küy və başqa təsirlər ola bilər. Televizoru söndürün, musiqinin səsini qısın.

13. Çözümlərdən biri də ağlayan uşaqlara tozsoran və ya hava feninin səsini dinlətməkdir. Bu səslər körpənin ana bətnindəki dolaşımı vaxtı eşitdiyi səslərə bənzədiyindən, bəzi körpələr məhz bu yolla sakitləşirlər.


Buna da baxın

Ana və körpələrin doğum evlərində hüquqları

Whatsapp ilə Paylaş Hamilə olarkən əksər xanımlar xəstəxanaya nə götürməli olacaqlarını, doğuşun necə keçəyi, körpənin …