Əsas səhifə / Əsas menu / Ana və uşaq / Ağlayan uşaq necə susdurular?! – Video
Bizi mobildən daha sürətli  izləyin

Ağlayan uşaq necə susdurular?! – Video

Ağlayan uşaq necə susdurular!

Uşaq səsi hər bir evdən gəlməsi arzu olunan, xoşbəxtlik, sevinc, sevgi bəxş edən səsdir. Amma bəzi uşaqların ağlağan olması anaları çox narahat edir. Xüsusən də yeni ana olmuş xanımlar belə olan hallarda nə edəcəklərini bilmirlər. Amma bunun həkimlərin araşdırmaları əsasında sübuta yetirlmiş, sadə üsulları vardır. Hansı ki, qadınklubu.com həmin araşdırmanı sizlərə təqdim edir.

Robert Hamilton 30 ildən artıqdır ki, pediatr kimi fəaliyyət göstərir və bu illər ərzində uşaqları necə susdurmağın yollarını araşdırmışdır. Hamilton paylaşdığı videoda tapdığı üsullarla uşaqları susdura bildiyini sübut etmişdir. Bunun üçün tibbi presudurlardan istifadə etmədiyini deyən Hamilton, işin sirrinin ağlama səbəbini yaradan meyarı addım-addım təqib etmək və uşaqğı özünü güvəndə hiss etdirmək olduğunu vurğulamışdır. Bəzi məqamlarda isə mimikalar da uşaqları susdurmaq üçün yetərli ola bilir. Bəhs etdiyimiz videoda həkim, uşaqları qarın altı və ayaqlarından tutaraq sakitləşdirməyin mümkün variantlarını izah edərək, bu hərəkətlərin uşaqları həm rahat, həm də güvəndə hiss etdridiyini əlavə etmişdir. Uşaqların məşhur tibb bacısı Rachel Waddilova da həkimin dediklərini təsdiqləmişdir. O, uşaqı sakitləşdirmənin əhəmiyyətindən bəhs edərkən, eyni zamanda digər üsulları da əlavə etmişdir. Uşağın sinəsindən və yanından tutaraq bədənə yaxın bir şəkildə tutaraq edilən sakitləşdirici hərəkətlər də uşaqları susdurmaqda olduqca faydalıdır.

Sizlərə ağlayan uşağın susdurmağın ən rahat yolunu təqdim edirik.

İlk əvvəl ağlayan uşağın sağ qolunu uşağın sinəsinə doğru qoyun. Daha sonra isə sol qolunu eyni üsulla sinəsinə gətirərək əlinizlə tutun. Uşağın boynunun sinənizin hüdudunda olmasını nəzərə alaraq uşağı bu vəziyyətdə saxlayın. Daha sonra ayaqlarının birləşmə nahiyyəsindən tutaraq, digər əlinizlə də əllərini buraxmadan uşağı yellədin. Bu hərəkətləri çox incə davranışlarla,uşağı incitmədən etməyə diqqət edin.

Ağlayan uşaq necə susdurular 1

Ağlayan uşaq necə susdurular 2

Ağlayan uşaq necə susdurular 3

Buna da baxın

Körpənin uzun müddət ağlamasının səbəbi

Whatsapp ilə Paylaş Türkiyəli Prof. Ahmet Demir son illərdə yeni doğulan körpələrdə tez-tez rast gəlinən …