Əsas səhifə / Əsas menu / Sağlamlıq / Ağrı çəkmədən topuqlu ayaqqabı geyinmək istəyirsinizsə…
Bizi mobildən daha sürətli  izləyin

Ağrı çəkmədən topuqlu ayaqqabı geyinmək istəyirsinizsə…

agri

Ağrı çəkmədən topuqlu ayaqqabı geyinmək istəyirsinizsə…

Gözəlliyin qurban tələb etdiyini düşünürsünüzsə, bu yazıda verilən məlumatlar sizin üçündür.

Hər bir qadın gözəl görünmək istəyir. Gözəllik deyildikdə ağla gələn ilk ünsürlərdən biri də topuqlu və hündürdaban ayaqqabılardır. Zərif və estetik görünüşü baxımından tez-tez üstünlük verilsə də, bir çox qadın ayağında ağrılar yaratdığı üçün topuqlu ayaqqabı geyinmək zövqünü yaşaya

bilmir.
Əgər sizin də ayağınızda bu səbəbdən ağrılar yaranırsa, aşağıda qeyd edilən məsləhətlərə əməl etməklə bu problemi aradan qaldıra bilərsiniz.

– Ayaqqabınızı seçərkən iç qisminin çox sürüşkən və sərt olmamasına diqqət edin. Həmçinin ayaqqabının uzunluğu və eni ayağınızla eyni ölçüdə olmalıdır.

– Ayaqqabını axşam saatlarında almağa diqqət edin. Çünki günün yorğunluğunu daşıyan ayaqların hansı ayaqqabıda rahat ola biləcəyi məhz axşam saatlarında bilinir.

– Ayaqqabı alarkən onu oturaraq deyil, ayaqüstdə geyinib yoxlayın.

– Satın aldığınız ayaqqabının materialının və keyfiyyətinin yaxşı olmasına diqqət göstərin.

– Ayaqqabının hər iki cütünü geyinib yoxlayın, çünki hər iki ayağın nisbətləri eyni olmaya bilər.

– Dabanınızda ağrı olursa, ayaqqabının içinə ortopedik tam bir dabanlıq yerləşdirin. Topuqlu ayaqqabılarla uzun müddət ayaqüstdə qalmaq məcburiyyətindəsinizsə, ayaqqabının ön tərəfinə silikon metatars yastıqcıqlar qoyun.

– Parmaqlarınızda yaralar əmələ gəlirsə, bunun qarşısını almaq üçün barmaqların açıqda qaldığı yüksək topuqlu ayaqqabılara üstünlük verin.

– Hər gün eyni ayaqqabını geyinməkdən mümkün olduqca qaçının. Ən az 1 gün ayaqqabınıza ara verin.

– Dırnaqlarınızı küt kəsin və çox uzatmayın, kənarlarını yuvarlaqlaşdırmayın.(saglamolun.az)

Buna da baxın

Gözəllik, sağlıq və uşaqlarınız üçün soda

Whatsapp ilə Paylaş Arıqlamaq üçün, saçlarınız, dişləriniz, tər probleminiz, mədə probleminiz, burun tıxanıqlığı üçün, körpənizin …