Əsas səhifə / Manşet / Ağrıkəsici istifadə edənlər, Diqqət!
Bizi mobildən daha sürətli  izləyin

Ağrıkəsici istifadə edənlər, Diqqət!

Ağrı kəsici istifadə edənlər diqqət

Həkimlər bu tip dərmanları müntəzəm olaraq istifadə edib asılı hala gəlməyin təhlükəli olduğunu vurğulayırlar. Odur ki, mümkün qədər ağrını təbii yollarla azaltmağa çalışın. Əgər ağrı şiddətli deyilsə, dərmandan istifadə etməyin.

Müntəzəm olaraq və həkim məsləhəti olmadan istifadə edilən ağrı kəsicilər mədə və bağırsaqlarda bir sıra problemlərə yol açır.

İnsan orqanizmində ağrımayan orqan demək olar ki yoxdur.  Ağrının hansı orqandan qaynaqlanmasından asılı olmayaraq, hansısa bir xəstəliyin ilkin xəbərçisidir. Odur ki, orqanizmin siqnallarına biganə yanaşaraq, ağrıkəsici vasitəsilə poblemin müvəqqəti həlli yolunu seçməkdənsə, həkimə müraciət edərək müayinədən keçmək daha məsləhətlidir.

Ağrı kəsicilər güclü və zəif olması ilə iki qrupa bölünməkdədir. Əsrlərdir istifadə edilən bu tip dərmanların bir sıra əks təsirləri də vardır.

Ağrı kəsicilərin həzm sistemində bir sıra pis təsiri vardır. Bu təsir insan orqanizminə  görə dəyişməkdədir. Bəzi insanlar ağrı kəsici qəbul etdikdən sonra həzm sistemində pozuntular, mədə ağrıları, bağırsaq qanamaları kimi problemlərlə qarşılaşa bilirlər.

Əgər sağlamlığızı düşünürsünüzsə, ağrı şiddətli olmadığı təqdirdə, qaranlıq bir otaqda dincəlmək, bitki çayı içmək və ya açıq havada gəzmək ağrının keçməsi üçün müsbət təsirlərə malikdir. Və ya bir sıra təbii üsullarla ağrını azaldan yollardan hər hansısa birini  seçim edə bilərsiniz. Əgər ağrı keçmirsə mütləq həkimə müraciət edin.

Ağrı kəsicilərin böyrəklərə də mənfi təsiri vardır. Böyrəkdəki prostoqlandinləri azaldaraq orqanizmdə duz yığılmasına və təzyiqin düşməsinə səbəb ola bilər.  Xüsusən də əgər digər dərmanlar da istifadə edilirsə, onda daha çox mənfi təsir göstərəcəkdir.

Bütün dərmanlar böyrəklərdə  metobolizə olunduğundan böyrəkdəki hüceyrələrdə və ya damarlarda istənməyin xəstəliklərin yaranmasına səbəb ola bilər.

Əgər allergiyanız varsa, bu ağrı kəsicilər sizə pis təsir göstərə bilər. Odur ki, allergiyası olanlar mütləq həkimin məsləhət bildiyi ağrı kəsicidən istifadə edə bilərlər. Əks təqdirdə cilddə qızartılar, şişkinliklər və bir sıra başqa fəsadlara yol aça bilər.

Yüksək təsirə malik ağrı kəsicilər ürək xəstəliklərinə səbəb olur. Ürək çatışmamazlığı kimi xəstəliyin yaranmasına, bəzən isə təzyiqi olanların istifadə etdiklərin dərmanların təsirini də azaldır. Hamiləlik vaxtı ağrı kəsicilərin istifadəsi risklidir. Məcbur olmağı və həkim məsləhəti olmadan əsla istifadə edilməməlidir. Son üç ayda isə erkən doğum riskini artırmaq ehtimalı baxımından həkimlər xüsusilə diqqətli olmaq və istifadə etməməyi məsləhət görürlər.

Buna da baxın

Cinsi həyatınıza mənfi təsir göstərən faktorlar

Whatsapp ilə Paylaş   Qəhvə Çox qəhvə içmək bir çox hormonların eyni zamanda da seks …