Əsas səhifə / Manşet / Ağrılarınızdan toxunaraq qurtula bilərsiniz
Bizi mobildən daha sürətli  izləyin

Ağrılarınızdan toxunaraq qurtula bilərsiniz

Baş ağrısından, ürək bulanmasına qədər, bədəndəki bir çox ağrılardan sadəcə bədəninizdəki 8 nöqtəyə toxunaraq xilas ola bilərsiniz. Dirsəyimiz və ya ayağımız bir yerə dəyəndə əlimizlə tuturuq. Bunu ona görə edirik ki, ağrı keçsin. Bunu özümüzdən asılı olmayaraq edirik.

Qadinklubu.com-un məlumatına görə, Çin təbabətində 5000 ildən çoxdur ki, istifadə olunan bu üsul, akupunktur nöqtələrinə toxunmaqla yaşam enerjisi adlanan (qi) enerjini, vücud ritmini tənzimləməkdən ibarətdir.

Bədən enerjisinin meridianlar halında bədəni əhatə etdiyi düşünülür. Əgər bədəndə narahatlıq varsa, bu meridianlar arasında əlaqə kəsilib deməkdir. Bunu düzəltmək üçün də, enerji axımının bərpa olunması üçün sözügedən üsuldan istifadə olunur. Bu bölgələrə etdiyimiz təzyiq, endorfin hormonunu artırır, ağrının azalmasına səbəb olur. Bədəndə ağrı azalır, əzələlər rahatlayır və qan dövranı yaxşılaşır.

Yeni başlayanlar üçün o nöqtəni tapmaq biraz zaman ala bilər. Hamilələr və xərçəng xəstələri üçün isə, həkim məsləhəti mütləqdir.

İnsan vücudunda yüzlərlə akupunktur nöqtəsi var. Lakin biz ən əsaslarını göstərəcəyik.

Baş ağrısı üçün

Bu nöqtə adətən baş ağrısı üçün istifadə olunsa da, eyni zamanda diş ağırısı, boyun ağrısı, qəbizlik kimi problemlərə də müsbət təsir göstərir.

uu

Əllərinizi yumruq şəklində tutun. Baş barmaqla, işarə barmağı arasındakı əzələnin ən yüksək olduğu nöqtəni tapın. O nöqtəyə bir neçə dəqiqə masaj edin. Sonra eynisini digər əlinizdə təkrarlayın. Ağrı azalana kimi davam edin.

Bulantı və qusma

Bu nöqtə ürək bulanması, mədə ağrıları və döş qəfəsindəki ağrılara qarşı təsirlidir.

bilek

Biləyinizin iç tərəfdən üç barmaq yuxarısında yer alan nöqtədir. 30 saniyə ərzində orta və işarə barmağınızla həmin nöqtəyə toxunun.

bbb

Eyni prosesi digər qolda da təkrarlayın. Bulantı keçənə qədər davam edin.

Yorğunluq. Göz yorğunluğu

goz

Üçüncü göz nöqtəsi adlanan bu nöqtə, yorğunluq, göz yorğunluğu, yuxusuzluq, burun tutulması kimi problemlərə yaxşı təsir edir. Sizi sakitləşdirəcək, yaddaşınızı yaxşılaşdıracaq.

oqqq

Burun körpü sümüyünün qaşların ortası ilə birləşdiyi nöqtə.

barmaqHəmin bölgəyə orta barmağınızla bir dəqiqə boyunca, bir neçə saniyə fasilələrlə təzyiq edin. Hər həftə bir neçə dəfə təkrarlamağa çalışın.

Depressiya

Bu nöqtə, depressiya, əsəbilik, isterika kimi vəziyyətlərdə, həssas zamanlarda, psixoloji problemlərdə köməyinizə çatacaq. Eyni zamanda həzm sistemini də yaxşılaşdırır.

sinee

İki döş qəfəsi arasında yerləşən, sanki 3-cü bir sinə kimi təsəvvür edə biləcəyiniz hissədə bir nöqtədir. Stulda dik şəkildə oturun. Ya baş, ya da işarə barmağınızla həmin bölgəyə aşağı və yuxarıya doğru hərəkət etdirərək təzyiq edin və dərindən nəfəs alın.

Həzm problemləri

mede

Bu nöqtə, ishal, qəbizlik, şişkinlik, mədə bulantısı kimi hər cür həzm probleminə  qarşı təsirlidir.

ayaq

Ayağınızı bükün. Əlinizlə qaval sümüyünü tapın və sağ ayağınızda sümüyün sağ tərəfində, diz qapağının bitdiyi nöqtədən 3 barmaq aşağıda, sağdakı nöqtəni müəyyən edin. Sol ayağınızda da qaval sümüyünün sol tərfindəki nöqtədir. Hər gün bir neçə saniyə həmin nöqtəyə təzyiq edin. Eyni anda hər iki ayağınıza da tətbiq edə bilərsiniz.

Diz ağrısı

diz

Bu  nöqtəylə, diz ağrısı və əzələ ağrıları aradan qaldırmaq mümkündür.

dizzqap

Əvvəlcə diz qapağının tam ortasında diz arxasındakı bölgəni müəyyən edin. Təxmini 1 dəqiqə ərzində təzyiq edin. Sırayla, iki ayaq arasında da tətbiq edin. Hər gün təkrarlayın.

Menustral ağrılar

men

Bu nöqtəyə toxunmaqla, menustral ağrılardan və eyni zamanda kürək ağrılarından qurtula bilərsiniz.

bel

 

Bu nöqtə, bel ilə büzdüm sümüyü ortasındakı bölgədədir. Omba sümüyünüzün başladığı və bel sümüyünüzün altında qalan hissədir. Ombaya tam olaraq çatmamış, üstündə, boş qalan hissəni müəyyən edin.

uzan

 

Yerə uzanın. Əllərinizi alta qoyun və üstə doğru təzyiq edin. Bir neçə dəqiqəlik masaj sizə yaxşı təsir edəcəkdir.

 

 

Buna da baxın

Bu vitaminləri şampuna əlavə edin və…

Whatsapp ilə Paylaş Saçlarınız tökülür, cansız və solğundursa, saç diblərinin sağlam olmaması, qısacası vitamin əskikliyindən …