Əsas səhifə / Əsas menu / Ailə / Ailə büdcəsinə necə qənaət etmək olar?
Bizi mobildən daha sürətli  izləyin

Ailə büdcəsinə necə qənaət etmək olar?

ailə büdcəsinə necə qənaət etmək olar

 

Nəzərə alsaq ki, ən çox maddi xərc qidalara sərf edilir, odur ki qənaətə mətbəxdən başlamaq daha məntiqli olacaq. Odur ki, qadinklubu.com  ailə büdcəsininə mətbəxdən başlayaraq qənaət etməyin bir sıra üsullarını təqdim edir.

Necə qənaət edim? Bu sualla hər birimiz qarşılaşırıq. Təbii ki, bu mövzu ailədən asılı olaraq dəyişər. Bəzi ailələrdə bazarlıq işini qadın, bəzi ailələrdə isə kişi öz üzərinə götürür. Təbii ki, bu mövzuda kişinin və ya qadının gündəlik işi də az rol oynamır. Əgər kişi səhər evdən çıxıb, gecə  evə gəlirsə, təbii ki, burada “əsas iş” evdəkilərin üzərinə düşür. Onsuz da, indi hər həyətdə, hər girişdə bir market vardır. Əgər evdə şəkər bitdiyini bilmədiniz  və ya yağın nə zaman qurtardığından  xəbəriniz olmadı, ən doğru seçim bu məhsulları yaxınınızdakı mağazadan almaqdır. Ancaq ən yaxşısı “topdan bazarlıq” üsulu ilə alış-veriş etməkdir. Belə etsəniz, ailə büdcənizə də xeyli qənaət etmiş olarsınız. Əmin ola bilərsiniz ki, hər şey sizə əvvəlkindən ən az iki dəfə ucuz başa gələcək. Bunun üçün hər şeydən əvvəl aylıq yemək büdcənizi müəyyən etməlisiniz. Məsələn, hesablarınıza görə, ailənin ay boyunca qida büdcəsinə ancaq 500 manat ayıra bilərsiniz. Əmin olun ki, əgər hər şeyi doğru bölüşdürə bilsəniz, indiki şərtlərlə dörd nəfərlik bir ailəni bu məbləğ normal dolanar. Əgər gündə iki dəfə et yeyilirsə, əlbəttə ki, bu miqdar kafi olmayacaq və ümumiyyətlə, onu da qəbul edək ki, hər gün ət  yemək o qədər də faydalı deyil.

Qənaət etmək istəyiriksə, əvvəlcə hər şeyi təyin etməliyik. Yəni, bilməliyik ki, ay ərzində çörəyə, çaya, şəkərə, ətə, yağa, meyvə-tərəvəzə və   digər qida növlərinə nə qədər pul gedir. Ailənin dörd üzvü və gün içində maksimum üç çörək yeyirsiniz. Gündəlik çörək pulunu   ayırıb birkənara qoymaq  lazımdır Xanım ailənin həftəlik rasionunu təyin edir, ən çox pul, şübhəsiz ki, ətə gedir, Sonra da kartof, soğan, düyü,   makaron, yağ, pendir, şəkər, çay, duz, pomidor, xiyar, göyərti , meyvə-tərəvəz, ədviyyat bir sözlə mətbəxdə istifadə ediləcək nə varsa …

Əti  arada toyuqla və ya balıqla da əvəz  məsləhətdir. Sonra da nəyi bazardan, nəyi marketdən alacağınızı sistemləşdirməlik. Çox əşyaları  topdan satış  yerlərindən, özü də həftəlik almaq lazımdır.

Əmin olun ki, belə etsəniz, həm süfrəniz ruzili və bərəkətli olar, həm də qənaətin necə böyük sərvət olduğunu gözünüzlə şahidi olarsınız.

Qənaət  həm də ailədə böyüyən uşaq üçün bənzərsiz tərbiyədir.

Unutmayın, zəngin olmaq çox şeyə sahib olmaq deyil, əlindəki az şeydən çox şey əldə edə bilməkdir.

Buna da baxın

Hamiləlikdə yeyilən bu qida diabetə səbəb olur

Whatsapp ilə Paylaş ABŞ aparılan araşdırmaların nəticələri hamını təəccübləndirdi. Hamiləlik dönəmində istifadə edilən qidalar sırasında …