Əsas səhifə / Əsas menu / Ailə / Ailədə uşağın rolu
Bizi mobildən daha sürətli  izləyin

Ailədə uşağın rolu

h

Uşağın doğru tərbiyəsi bütün zamanlarda insanları düşündürən əsas səbəblərdən olub.

Pedaqoqlar və psixoloqlar mütəmadi bu barədə konsiliumlar etsələr də heç vaxt yekun qərar çıxartmaq mümkün olmayıb. Çünki nə qədər çox insan varsa, o qədər fərqli tərbiyə üsulu var.

Cəmiyyətin norma kimi qəbul etdiyi bəzi əxlaq və tərbiyə etalonlarını çıxmaq şərti ilə qalan digər bütün hallarda hər kəsə fərdi yanaşılmalı və hər kəs şəxs olaraq tərbiyə edilməlidir. Necə ki, bir dərzi eyni iynə ilə bütün parçaları tikə bilməz, eləcə də bir ana bütün uşaqlarına, bir müəllim bütün şagirdlərinə eyni cür davrana bilməz .

Tərbiyədə fərdilik ən gözəl tərbiyə metodu olub, effektivliyinə görə başda gəlir. Təəssüflər olsun ki, bəzi zamanlarda analar öz ev işlərini övladlarından ön plana çəkir, belə olduğu halda isə evin böyük uşağı həmin ananı əvəz etməli olur. Cəmiyyətdə fikir versəniz, daima evin böyük uşaqları ailə qayğısını çəkir və erkən “yaralanan”, “ağıllı olmaq zorunda buraxılan” olur. Bu isə həmin uşağın uşaqlığının əlindən almasına gətirib çıxarır. Evin kiçiyinə son beşik-ərköyünlük modeli yükləndiyi üçün yaşı artdığında məsuliyyəti almama halları ilə qarşılaşılır.

Bizlər övladlarımızı yoldaşlarımızın əksiklərinə uyğun tərbiyə etməməliyik.

Məsələn: həyat yoldaşı romantik olmayan qadın oğlunu həddən artıq romantik ruhda tərbiyə edir. Ana düşünür ki, qoy balasının qabağına çıxan qız xoşbəxt olsun. Gələcəkdə qarşılaşdığı qadın romantikanı sevməyəndə …bax bu zaman əsl problem yaşanır. Əslində ananın niyyəti yaxşı idi. Sadəcə kiçik bir detalı hesablaya bilməmişdi … ona görə də bizlər bugünə uyğun deyil, onun yaşayacağı zamana uyğun “universal” uşaq böyütməliyik.

Övladını siqaret və spirtli içki almağa göndərən valideyn onu yanlışa öz əli ilə itələdiyinin fərqində belə deyil. Çünki övladlarınız sizin dediyinizi deyil –sizin etdiyinizi təkrarlayır. Bizlər onlara gözəl örnək olmağa borcluyuq. Çünki onlar bizim istəyimizdən doğulub. Və unutmayın ki, siz bir müəllimlə danışanda artıq bir müəllimlə danışdığınızı bilirsiniz. Amma siz bir uşaqla danışanda kimlə danışdığınızı bilmirsiniz. Bəlkə də sizin tərbiyə etdiyiniz uşaq sabahın ölkə başçısıdır…! Odur ki, siz sabahın cəmiyyət idarəçilərini bugündən evinizdə özünüz formalaşdırın. Necə uşaq tərbiyyə etsəniz, elə bir cəmiyyət qurmuş olacaqsınız! Unutmayın!!!

 

Nigar Muradova

Ailə və uşaq məsələləri üzrə ekspert

Buna da baxın

Dişlər haqqında marağa səbəb olan 5 suala cavap

Whatsapp ilə PaylaşDişlər haqqında marağa səbəb olan 5 suala cavap Karbonatla diş ağartmaq mümkündür? Xalq …