Əsas səhifə / Əsas menu / Ana və uşaq / Ailələrə üç yaş xəbərdarlığı
Bizi mobildən daha sürətli  izləyin

Ailələrə üç yaş xəbərdarlığı

Ailələrə üç yaş xəbərdarlığı

Ailələr uşaqları üçün hər şeyin yaxşısını istəsələr də, bəzən uşaqlarının böyüməsi, oxumağı öyrənməsi, saya bilməsi üçün tələsərlər. Mütəxəssislər belə valideynlərə uşağın təhsilə yönləndirilməsi və tərbiyəsi mövzusunda xəbərdarlıq edir.
Türkiyəli mütəxəssis-psixoloq Filiz Yakmaz Basılganın 3 yaşından əvvəl və sonra uşağın təlim, tərbiyəsi haqqındakı fikirlərini qadınklubu.com sizlərlə də paylaşır.

Psixoloqun sözlərinə görə 3 yaşına çatmış uşaqlar artıq ayaq yoluna özləri getməyi öyrənmiş, sütdən kəsilmiş, əmzikdən imtina etmək və.s bu kimi vərdişləri öyrənirlər. Amma 3 yaşından kiçik olan uşaqları məktəbə qədər məşğələlərə və ya bu kimi dərnəklərə yazdırmaq məsləhət deyil. Bu yaşda uşaqlar evdə anaları ilə daha çox zaman keçirməlidirlər. Çünki belə vəziyyət uşaqın anasından, özünü güvəndə hiss etdiyi evindən ayrılması deməkdir. Ananaın işləməsi ilə əlaqədar olaraq, uşağa dayə, nənə və ya başqa bir qohum baxsa da, bu vəziyyət dəyişməz. Əsas olan uşaqın güvəndiyi insanların əhatəsində ilk 3 ilini keçirdikdən sonra təhsilə yönləndirilməsidir. Eyni zamanda onu da qeyd edək ki, uşağın cəmiyyətə uyğunlaşma ehtiyacı da məhz 3 yaşdan sonra formalaşmağa başlayır.Üç yaşdan sonra onsuzda ailə uşaqa yetərli gəlmir. Onun, artıq dostlarının olmasını, ətrafdakıları tanıyıb öyrənməyə maraqı artır. Üç yaşına qədər uşaqlar özləri oynayır, 3 yaşından sonra isə artıq ailə üzvləri ilə oynamağa başlayır. Bu müddət ərzində ən yaxşısı uşağınızı gələcəkdəki təhsil həyatı haqqında onun anlaya biləcəyi tərzdə qısa məlumatlarla informasiya sahibi olmağına kömək etməyinizdir. Məsələn, məktəbə nə vaxt getdiyini, orda nələr edəcəyini, evə nə vaxt və necə gələciyini ona izah edin. Amma məktəbin çox əyləncəli yer olduğunu, onu gözləyən çoxlu dostlarının olduğu kimi fikirlər isə uşağın reallıqdan kənarlaşaraq daha çox şey gözləməsi, təxmin etdiklərini tapmadıqda isə məyus olma təhlükəsi olduğundan, mümükün qədər mübaliğəli danışmamağa çalışın. Məktəbin ilk günü uşağın məktəbə öyrəşənə qədər anası ilə birlikdə getməsinə ehtiyac duyula bilər. Bu mərhələni uşaq uğurla keçərsə, uşağın özünə güvəni artacaq. Uşaqlar məktəbə getməyi evdən atılmaq kimi görə bilərlər. Yaşca kiçik bacı-qardaşının valideynlərin bütün diqqətini özlərinə cəmləyəcəyini, onun isə diqqətdən kənar qalacağı qorxusunun olması normaldır. Bəzən sinifdəki hansısa dəcəl uşağın davranışları da onu qorxuda bilər. Ona görə məktəbə getmək istəməsə, bu vəziyyətdə çıxış yolu valideynin uşaqla birlikdə dərsdə qalmasıdır. Başqa bir önəmli məqam isə valideynlərin xəstə olduğunda uşağı məktəbə göndərməkdə qərarsız qala bilirlər. Uşaqlar nə vaxt evdə qala bilmək icazəsinin olduğunu bilməlidirlər. Xəstə olduqlarında həkim müayinəsi zamanı evdə qala bilmək şanslarının olduğunu, hər şikayət etdiyini dərsdən qalmağın çıxış yolu olmadığını uşaqlara izah edilməlidir.

Buna da baxın

Ana uşağın gələcəyini bəlli edir

Whatsapp ilə Paylaş Hər mədəniyyətdə, ölkədə, ailədə normal olan ana-uşaq münasibətləsinin pozulması nəticəsində uşaqların psixologiyasına …