Əsas səhifə / Əsas menu / Ailə / Ailəni kim dağıdır? – Valideyn, yoxsa ər?
Bizi mobildən daha sürətli  izləyin

Ailəni kim dağıdır? – Valideyn, yoxsa ər?

artAiləni kim dağıdır? – Valideyn, yoxsa ər?

BMT Baş Məclisinin 1993-cü il 20 sentyabr tarixli qətnaməsinə əsasən, hər il mayın 15-i bütün dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Ölkəmizdə də bu gün öz önəmini daşıyır. Çünki Azərbaycan ailə dəyərləri, cəmiyyətin özəyi olaraq müqəddəs qurum kimi dəyərləndirilməsi əsrlərdən gəlir. Ailə müqəddəsdir.

Bəs bu gün Azərbaycanda ailə adlı qurumda bu müqəddəslik nə qədər qorunur?

Bu gün Azərbaycan ailəsinin əsas problemləri, qarşısında duran məsələlər hansılardı?

Psixoloq Elnur Rüstəmov Azərbaycan ailələrinin qarşısında duran əsas problemlərdən danışıb:

Tərəflərin bir-birinə olan güvənsizliyi

“Bu gün ən problemi məsələ ailə münasibətlərinə təsir göstərən müxtəlif faktorların olmasıdır. Bu istər yaxın qohumlar tərəfindən edilsin,istər də texnologiyanın inkişafı ilə bağlı ailə münasibətlərinə edilən müdaxilələr ailəyə mənfi təsir göstərir”-deyə bildirən psixoloq bildirir.

Valideyn ilə övlad arasında emosional bağlarını güclü olması onların ailəsinə təsir edir: “Ailə quracağam, ərə gedəcəyəm, pis olacaqsa, qayıdaram atamın evinə”.

“1990-cı illərdən sonra uşaqların kəskin surətdə azalma prossesini müşahidə edirik. Bu azalma prossesi də qurulan ailələrin strukturuna, davamlılığına böyük təsir göstərdi. Nəzərə almaq lazımdır ki, ailə üzvlərinin sayı azaldı. Əvvəllər ailələrdə 9-10 uşaq olardısa, bu gün ailələrdə maksimum 4 uşaq olur. Və nəticədə valideyn və övlad arasında emosional bağlılıq olmur. Onlar bir birinə daha çox bağlı olmurlar. Nəticədə ailə qurmaq prossesində onlar ailə dəyərlərinə xüsusi bir dəyər kimi baxmırlar. Bu halda ata da etiraz eləmir, çünki tək qızı var, nə etməlidir? O da istəyir ki, qızı elə bir ailə mühitinə düşsün ki, onun üçün bütün komfortlar olsun. Ailə şəraiti tam qızını qane edən formada olsun. Və oğlanı evləndirərkən çalışır ki, əsasən komfortu gözləsin. Bu da ailə münasibətlərinə çox təsir göstərir”.

Əgər onlar tolerant davransalar ailə daimi olacaq.

“Valideynlər ailə münasibətindən çox diqqətli və həssas olmalıdır. Uşaqlarına qarşı olan emosional bağı tənzimləməyə çalışmalıdırlar. Ailədə nə konflikt olursa olsun, tərəflər bunu həll etməlidirlər. Həll edə bilmədikdə kiminsə dəstəyini alırlar: valideynlərin, qohumların. Söhbət ondan gedir ki, əgər onlar tolerant davransalar, o ailə daimi olacaq. Biz bəzən görürük ki valideynlər tolerant davranmırlar. Valideynlər bu kimi situasiyada “Boşansın, gəlsin otursun yanımda. Bir övladımız var. Nə problem var ki, baxarıq ona”. –deyirlər.

İkinci ailə həyatı

“Bu gün Azərbaycanda təkrar ailə quran cütlüklər çoxdur. Bu da az qala bir normaya çevrilib. Əvvəllər bu cür hallar yox idi. Kimsə buna insan hüquqları kimi, kimisə insan azadlığı kimi, dəyərləndirə bilər. Ancaq bu, bir normaya çevriləndə artıq ailə infrastrukturuna mənfi təsirlər göstərməyə başlayır. Heç kim zəmanət verə bilmir ki, dağılan ailələr yenidən ailə qurarkən xoşbəxt olurlar. Əgər bunun statistikası aparılsa , görərsiniz ki, orada çox minimal bir fərq var”.

Azadlığın da limiti var

“Azərbaycan həmişə dözümlü, tolerant, ailə dəyərlərini müqəddəs görən, qrum olub. Hansı dövrdə yaşamağımızdan asılı olmayaraq ailə dəyərlərini qoruyub saxlamalıyıq. Azadlığın bir sərhəddi, limiti var. Ailə quran tərəflər məsuliyyəti dərk etməlidir. Bu hallar olduğu təqdirdə biz sağlam bir ailədən danışa bilərik”-deyə psixoloq bildirir.

Yekunda, bu gün Statistika komitəsinin açıqladığı hesabatdan bir nünansı qeyd etməyi borc bilirik: Son üç ayda üç min ailə boşanıb.

Bu fakt özülüyündə həyəcan təbili çalmağın zamanının çoxdan çatdığını deyir.

Gəlin, xırda problemlərə görə ailəmizi dağıtmayaq. Onu qoruyaq, qoruyaq ki, Azərbaycan daha çox böyüsün.


Buna da baxın

12 saatda bağırsaqlardakı bütün qurdları tökən KÜR

Whatsapp ilə Paylaş Portağal qabığının səhiyyə baxımından faydaları çox az bilinir. Portağal qabığında olan C …