Əsas səhifə / Əsas menu / Gözəllik / Aksessuarları üz formasına görə seçin
Bizi mobildən daha sürətli  izləyin

Aksessuarları üz formasına görə seçin

ttttttttt

Yumru üz

Əgər dairəvi bir üz formasına sahibsinizsə, diqqət çəkən, bəzəkli, sallanan aksessuarlar sizə yaraşacaq. Uzun boyunbağı ilə tamamlayacağınız bəzək əşyaları, üzünüzün daha uzun görünməsini təmin edəcəkdir.

Uzun üz

Bu üz modelində, demək olar ki bütün tip aksessuarlardan istifadə edə bilərsiniz. Sadəcə olaraq, çənə nahiyənizdən aşağı sallanacaq əşyalardan uzaq durun.

 

Dördkünc üz

Üzünüzün kəskin xətləri ilə ziddiyyət təşkil edən dairəvi aksessuarlara üstünlük verin. Boynunuzdakı qısa boyunbağı, çənənizin kəskin xətlərini yumşaldar. İti uclu əşyalardan uzaq durun.

Üçbucaq üz

Alın nahiyəsinin daha geniş, çənənin daha dar olduğu bu üz formasına, böyük boyunbağılar və sırğalardan ibarət aksessuarlar uyğundur.

Qadinklubu.com

 

 

 

Buna da baxın

Üzünüzün forması necədir?-fotolar izah

Whatsapp ilə PaylaşÜzünüzün forması necədir?-fotolar izah Bəzən qadınlar üzünün hansı formada olmasını müəyyənləşdirməkdə çətinlik çəkirlər.Üzünüzün …