Bizi mobildən daha sürətli  izləyin

Albalı ilə piroq

Albalı ilə piroq

Albalı piroqu
Albalı piroqu

Yayda ailə üzvlərinizi dadlı meyvəli piroqlarla sevindirin.

Lazım olan məhsullar:

Xəmir üçün:
– Kərə yağı – 200 qr
– Şəkər tozu – 1 stəkan
– Yumurta – 1 dənə
– Un – 2 stəkan
– Qabartma tozu – 1 paçka
– Vanilin – 1 paçka
– Duz – 1 çimdik

İçlik üçün:

– Albalı – 2 stəkan
– Nişasta – 3 xörək qaşığı
– Şəkər tozu – 2 xörək qaşığı

Hazırlanması:

1. Yumşaq kərə yağı şəkər tozu ilə mikserdə yaxşı çalınır.
2. Yumurta, vanilin əlavə olunur və yenə də yaxşı çalınır.
3. Duz əlavə olunur və qarışdırılır.
4. Un qabartma tozu ilə qarışdırılır və yağlı-şəkərli kütləyə əlavə olunur, yumşaq elastik xəmir yoğrulur.
5. Xəmiri 2 yerə ayırırıq (biri böyük, biri kiçik), plyonkaya bükürük və soyuducuda 2 saat ərzində saxlayırıq.
6. Albalı yuyulur, qurudulur, çəyirdəyi çıxarılır, şəkər tozu və nişasta əlavə olunur və yaxşı qarışdırılır.
7. Tavaya kağız səririk, xəmirin böyük hissəsini qoyuruq və hamarlayırıq.
8. Üzərinə albalı qoyuruq.
9. Albalının üzərinə xəmirin 2-ci hissəsini sürtgəcdən keçirdirik.
10. Sobanı əvvəlcədən 1800 C kimi qızdırırıq və piroqu təxminən 15 dəqiqə ərzində qızılı rəng alana kimi bişiririk.
11. Soyandan sonra piroqun üzərinə şəkər kirşanı tökürük.
Nuş olsun!

Buna da baxın

Çox asan almalı piroq

Whatsapp ilə Paylaş   Tərkibi: 2 stəkan əla növ un 1 stəkan şəkər tozu 2 …