Əsas səhifə / Əsas menu / Yemək reseptləri / Albalı öz şirəsində. Ən sınanmış və etibarlı resept
Bizi mobildən daha sürətli  izləyin

Albalı öz şirəsində. Ən sınanmış və etibarlı resept

Albalı öz şirəsində. Ən sınanmış və etibarlı resept

Albalı

Albalı ən faydalı meyvələrdən biridir. Albalını qışa saxlamaq üçün müxtəlif reseptlər mövcuddur.
Təqdim etdiyimiz resept ən sınanmış və etibarlı reseptlərdən biridir. Albalı yaxşı saxlanılır, faydalı maddələr itmir. Albalı kompotlarda, kisellərdə, müxtəlif şirniyyatlarda istifadə oluna bilər.

Lazım olan məhsullar:

1 kq albalı üçün 1 stəkan şəkər tozu götürülür.

Hazırlanması:

1. Meyvələri yuyun və aşsüzənə yığın. Su süzüləndən sonra çəyirdəkləri çıxardın.
3. Meyvəni ləyənə tökün, üzərinə şəkər tozu tökün və 8-12 saat ərzində saxlayın.
4. Ləyəni vam odun üzərinə qoyun və qaynara düşənə kimi qızdırın.
5. 1/2 l-lik bankaları sterilizasiya edin. Bankaları sterilizasiya etmək üçün onları yaxşı yuyun (soda ilə yumaq olar), soyuq sobaya qoyun və sobanı 100 C kimi qızdırın.
6. Daha sonra meyvəni sterilizasiya olunmuş bankalara yığın, albalıdan çıxan şirəni üzərinə tökün, qapaqlarla kip bağlayın.
7. Bankaları qapağı aşağı olamaqla dəsmalın üzərinə qoyun və soyana kimi ədyalla örtün.
Nuş olsun!

Buna da baxın

Yaxşı mürəbbə bişirmək üçün bunları edin

Whatsapp ilə Paylaş Mürəbbələr gözəl olması, bir müddət sonra şəkərlənməməsinə yalnız ölçülərinin yaxşı nizamlanması ilə …