Əsas səhifə / Manşet / Albalı tortu
Bizi mobildən daha sürətli  izləyin

Albalı tortu

Tərkibi:

  • 400 qr un
  • 200 qr xama 20%li
  • 0.5 çay qaşığı duz
  • 500 qr konservləşdirilmiş albalı
  • 200 qr yağ

Krem:

  • 600 qr xama 30%-li
  • 2 çay qaşığı vanil
  • Kokos ovuntusu

Hazırlanması:

Otaq temperaturunda yumşaldılmış kərə yağını un və duz əlavavəedərək qarışdırırıq. Unla xəmir umac halına gəldikdən sonra üzərinə xama əlavə edib yumşaq xəmir yoğururuq. Daha sonra xəmiri üç bərabər hissəyə bölürük. Salafan üzərində qismən yaydıqdan sonra 3 saat soyuducuda gözlədirik. Xəmiri soyuducudan çıxardıqdan sonra 30×40 sm ölçüsündə lavaş açırırıq. Sonra lavaşı beş bərarəb hissəyə bölürük. Hər hissənin daxili hissəsinə sıx ardıcıllıqla albalıları düzüb xəmirin iki hissəsini (boru şəklində) birləşdiririk. Hazırladığımız formaları kalka üzərində 190 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişiririk. Bişdikdən sonra tortu hazırlayacağımı qabı kremləyərək üzərinə bişmiş boru şəkilli bikivitləri düzürük.Biskivitlərin kənarlarını bərabərşəkilli formaya salaraq kəsirik. İlk əvvəl beş biskiviti krem üzərinə yan-yana düzüb kremləyirik. Daha sonra dörd, üç, iki və sonda bir biskiviti düzərək eyni qayda ilə kremləyirik. Hazırladığımız tortu 7-8 saat soyuducuda saxladıqdan sonra üzərinə kokos ovuntusu səpərək servis edə bilərsiniz.

Kremin hazırlanması:

  • Xama, şəkər pudrası və vanili qarışdıraraq krem əldə edirik.

Qeyd:100qr-300 kkal

Nuş olsun!

Buna da baxın

Klassik Cheesecake resepti

Whatsapp ilə PaylaşTərkibi: 250 qr adi peçenye 80 qr kərə yağı Krem üçün: 1 kq …