Əsas səhifə / Manşet / Albalılı brauni
Bizi mobildən daha sürətli  izləyin

Albalılı brauni

Tərkibi:

  • 200 qr tünd şokolad
  • 3 ədəd yumurta
  • 150 qr şəkər tozu
  • 100 qr un
  • 1 x/qaşığı kakao
  • 300 qr albalı (zövqə görə)
  • 100 qr kərə yağı

Hazırlanması:

  1. Şokoladla kərə yağını su hamamında əridin.
  2. Yumurtanı şəkər tozu ilə qarışdırın.
  3. Qarışımı qlazura əlavə edib qarışdırın.
  4. Unla kakaonu qarışdıraraq ələkdən keçirin və qarışıma əlavə edin.
  5. Albalının çəyirdəklərini çıxardıqdan sonra bir qədər soyucuda saxlayın. Daha sonra isə qarışıma əlavə
    edib qarışdırın.
  6. Sinini yağlayın və xəmiri siniyə tökün.
  7. Əvvəlcədən isidilmiş 180 dərəcəlik sobada 25 dəqiqə bişirin.
  8. Hazır olduqdan sonra zövqə görə kəsərək servis edə bilərsiniz.

Nuş olsun!

Bir şərh