Əsas səhifə / Manşet / Albalılı peçenye
Bizi mobildən daha sürətli  izləyin

Albalılı peçenye

visneli-kurabiye
Peçenye xəmiri üçün:

  • 1/2 paket marqarin
  • 1 stəkanı şəkər tozu
  • 2 stəkan un
  • 1 paket qabartma tozu
  • 1 paket vanil
  • 1 ədəd yumurta

İçlik üçün:

  • 250 qram albalı (çəyirdəyi çıxardılmış)
  • 2 x/qaşığı şəkər tozu

Hazırlanması:

Albalı və şəkər tozunu bir qazana əlavə edərək suyu tam çəkilənə qədər qaynadın. Cem şəklində olduqda ocağı söndürüb soyuması üçün bir kənara qoyun.

Peçenye xəmirinin hazırlanması:

  1. Un və marqarini birlikdə qarışdırın. Şəkər, yumurta, qabartma tozu və vanili  xəmirə əlavə edərək qarışdırın.
  2. Xəmiri yoğurmağa davam edin.
  3. Xəmir hazır olduqda üzərini örtərək 30 dəqiqə soyuducuda gözlədin.
  4. Sobaı 160 dərəcə qızdırın.
  5. Xəmirdən parçalar qoparıb, əvucunuzda kündə şəkilli edin.
  6. Xəmirin ortasına albalı cemindən əlavə edərək boxça şəklində bükün. 15 dəqiqə gözlədin.
  7. Üzəri çox rqızılı olana qədər  15-20 dəqiqə bişirin və soyuyunca üzərinə pudra şəkəri səpərək servis  edin.

Nuş olsun …

Buna da baxın

Tez hazırlanan portağallı peçenye – Resept

Whatsapp ilə Paylaş Ərzaqlar: 1 paket marqarin Sürtgəcdən keçirilmiş 2 portağal qabığı (qabığının ağ hissəsi …