Əsas səhifə / Manşet / Alça ilə arıqla
Bizi mobildən daha sürətli  izləyin

Alça ilə arıqla

alcanin faydalari

Alça  qəbizliyi aradan qaldırar

Gündə bir ovuc alça yeyərək qəbizliyin öhdəsindən gələ bilərsiniz. Alça lif baxımından zəngin olduğundan, mədə qazı, qəbizlik və qaz problemini önləyər.

Yaşıl ərik sallanmaların qarşısını alır

Diyet saxlayarkən ən çox qorxulan nəticə dəri sallanmalarının yaranmasıdır. Halbuki alça kimi C vitamini baxımından zəngin və toxumaları gücləndirən meyvələrlə qidalanmaq həm sallanmaları önləyər həm də dərinin gənc qalmasını təmin edər.

Alça arıqladır

Aclıq və toxluq hissinin müəyyən edən ən böyük faktorlardan biri qan şəkərinin tarazlığıdır. Əgər, qan şəkəri tarazlıqda olsa sağlam insanlar kimi aclıq və ya toxluqu hiss edərsiniz. Bunu təmin etmənin ən zəmanətli yollarından biri də qan şəkərini tarazlayan alça kimi kimi qidalar istehlak etməkdir. Alça bu xüsusiyyəti ilə arıqlamağınıza kömək olacaqdır.

Alça qan azlığını aradan qaldırır

Qansızlıq, dəmir əskikliyi kimi xəstəliklər başda yorğunluq və köklük olmaq üzrə saç tökülməsi, hamilə qala bilməmə kimi ciddi problemlərə yol açır. Alçanın tərkibində dəmir və kalsium  vardır. Gün ərzində bir ovuc alça yeyərək qan azlığının qarşısınıala bilərsiniz.

Alça  immuniteti gücləndirər

Güclü bir immunitet sisteminin mənası budur: hər kəs xəstə olarkən siz sağlam və keflə həyata davam edərsiniz. Alça da immunitet sistemini gücləndirən qidalar sırasındadır.Tərkibindəki yüksək miqdarda C vitamini olan alça immuniteti gücləndirər.

Alça ağciyər xərçənginə qarşı qoruyur

Alça yeyənlərin astma, ağciyər xərçəngi, soyuqdəymə, öskürək və bir sıra  xroniki ağciyər problemlərindən uzaq qaldığı araştırmalarda müəyyən olunmuşdur. Əgər siqaret çəkirsinizsə, gördüyünüz zərəri az da olsa azaltmaq üçün gündə bir ovuc alça yeyə bilərsiniz.

Buna da baxın

Seksin bilmədiyiniz faydaları

Whatsapp ilə Paylaş   1. Kalori yanmasına kömək edərək, bədəni formada saxlayır. Yarım saatlıq seks ilə …