Əsas səhifə / Manşet / Alça turşusunun hazırlanması
Bizi mobildən daha sürətli  izləyin

Alça turşusunun hazırlanması

yaşıl alça turşusu

Adətən tərəvəzlərin turşusunun hazırlanmasının şahidi olmuşuq. Amma bəzi meyvələrin də duzlusu olduqca ləziz olur. Bu meyvələrdən biri də alçadır. Həm təbiisi, həm də duzlusu ilə əvəzedilməz dada malik olan alçanın duzlanması olduqca asandır. Bunun üçün tam yetişməmiş alçaları seçim etməlisiniz.

Qadinklubu.com-un təqdim etdiyi reseptindən istifadə edərək, artıq qışa tədarük görməyə alça turşusunun hazırlanmasından başlaya bilərsiniz.

Tərkibi:

  • 1 kilo yaşıl alça
  • 10 diş sarımsaq
  • 1 ədəd limon (istər dilimlərək, istərsə də  suyunu istifadə edin)
  • 1 su stəkanı üzüm sirkəsi
  • 1 çay stəkanı qalın duz
  • 1 ç/qaşığı şəkər tozu və ya 1 ədəd qənd
  • 2-3 ədəd kərəviz kolu
  • 2-3 kol nanə
  • İstəyə görə yarım yemək qaşığı qara bibər və ya keşniş toxumu

Hazırlanması:

  • Alçaları yuyun və suyunun süzülməsini təmin edin.
  • 1 kq alçanın yerləşə biləcəyi qabın yarısından bir qədər az (1/4 qədər) su doldurun. Daha sonra həmin qaba duz, sirkə, limon suyu və şəkəri əlavə edərək duz əriyənə qədər qarışdırın. Tam hazır olmasına əmin olmaq üçün yumurtanı suya atın. Əgər yumurta suyun üzərinə qalxarsa, demək turşu üçün ideal su hazırlamısınız.
  • Bankanı stelizə etdikdən (qaynatdıqdan ) sonra alçaları, sarımsaqları və digər ədviyyatları əlavə edin.
  • Daha sonra kərəvəz və nanə əlavə edin.
  • Qab hava çəkməyəcək şəkildə qapağını bərk bağlayın.
  • Təxminən 20-25 gün sonra turşunuz hazır.
  • Sərin yerdə mühafizə edin.

Buna da baxın

Qara nöqtələrə son

Whatsapp ilə PaylaşTərkibi: 2 x/qaşığı soda 2 damcı adaçayı yağı 1 limon Hazırlanması və tətbiqi: …