Əsas səhifə / Əsas menu / Gözəllik / Alında qırışları yox edən maskalar
Bizi mobildən daha sürətli  izləyin

Alında qırışları yox edən maskalar

al

Qırışlar yaşlı qadınların “qisməti” deyil, qırışlar hətta 25 yaşlı cavan qadında əmələ gələ bilər.

Bunun səbəbləri çoxdur – mimikadan həddən artıq istifadəsi, üz quruluşunun xüsusiyyətləri, irsiyyət, üz dərisinə düzgün olmayan qulluq.

Alında olan qırışlar qadının üzünü daha yaşlı və yorğun göstərir. Bu qırışları yox etmək üçün müxtəlif üsullar mövcuddur: botoks inyeksiyaları, cərrahi üsullar. Lakin bu üsullardan bütün qadınlar istifadə etmir.

Bəzi sadə vasitələr bu qırışları yox etməyə və ya daha az görünən etməyə kömək edə bilər.

– 1yumurtanın ağını yaxşı çalın, 1 çay qaşığı duz, 1 çay qaşığı limon şirəsi əlavə edin, qarışdırın. Üz dərisini yaxşı təmizləyin (skrabla istifadə edin) və maskanı alın nəhiyəsinə çəkib 20 dəqiqə gözləyin. Sonra maskanı yuyun və adətən istifadə etdiyiniz krem çəkin. Bu maskanı həftədə 2 dəfə etmək lazımdır.

– Üz dərisini skrabla yaxşı təmizləyin. Kosmetik mumu su hamamında əridin. Muma pambıq parça batırın və alnınıza qoyun. Dəriyə əvvəlcədən ərik, badam yağı çəkin. Parça bərkiyəndən sonra kompresi götürün. Belə kompresləri həftədə 2-3 dəfə etmək olar.//sağlamolun.az

Buna da baxın

Sizi yaşlı göstərən 9 səhv

Whatsapp ilə Paylaş Gözəl və düzgün makiyaj sizi həm gənc, həm də sağlam göstərir. Ancaq bəzən …