Əsas səhifə / Manşet / Alış-verişi əngəlləyən çanta
Bizi mobildən daha sürətli  izləyin

Alış-verişi əngəlləyən çanta

2
Şotlandiyanın Dundee əyalətində 3 tələbə tərəfindən kredit kartını çantadan çıxararkən sahibinə xəbərdarlıq edən çanta hazırlanıb.
Qadinklubu.com-un məlumatına görə, bu yeni məhsul, kredit kartı çantadan çıxarılan kimi, “Ağlından belə keçirmə”, “Biraz çox xərcləməmisən?”, “Yenə?” kimi cümlələrlə xəbərdarlıq edir.

“Sözümü dinləyəcəyini bilirdim”

Duncan of Jordanstone  akademiyasının tələbələri olan bu qızların dizayn etdiyi çanta, kart çantaya geri qoyularsa,

“Sözümü dinləyəcəyini bilirdim” deyir.

sensor

Kredit kartının qoyulduğu yerdə sensor var

Həm qadın, həm də kişilərin istifadə edə biləcəyi formada hazırlanan çantanın, kredit kartı üçün olan hissəsində sensor quraşdırılıb.  Beləliklə kart yerindən çıxarılanda, sensor çantanın içində olan elektron sxemlərin korroziyasına siqnal göndərir. Bununla da xəbərdarlıq edən cümlələr səslənir.

Buna da baxın

2015-in ən qəribə çantaları -FOTOLAR

Whatsapp ilə Paylaş2015-in ən qəribə çantaları-FOTOLAR Çanta xanımların imtina etmədiyi aksessuardır. Sizə bu ilin ən …