Əsas səhifə / Manşet / Allergiya və onun əmələ gəlməsi
Bizi mobildən daha sürətli  izləyin

Allergiya və onun əmələ gəlməsi

l

Allergiya orqanizmin antigen təbiətli maddələrə qarşı yüksəlmiş və təhrif olunmuş reaksiyasıdır.

Orqanizmin yad təbiətli amillərə qarşı spesifik cavabvermə qabiliyyəti allergiya adlanır.

Allergik reaksiyalar immun mexanizmlərlə əlaqədar olur. Belə ki, orqanizmin immuniteti nə qədər zəif olarsa, onun yad cismlərə qarşı cavab reaksiyası da bir o qədər sərt olur.

Orqanizmdə allergiyanın baş verməsi antigenin miqdarından və immunitetin dərəcəsindən asılıdır. Allergik reaksiyalar antigen xassəli maddələrin orqanizmə təsirindən yaranır. Antigen maddələr infeksion və qeyri-infeksion mənşəli olur.

Qeyri-infeksion mənşəli allergenlərə məişət allergenləri, kitabxana tozcuqları, epidermal allergenlər, dərman preparatları, istehsalat tozları və s. daxildir.

İnfeksion mənşəli allergenlərə isə bakteriyalar və onların məhsulları, viruslar və göbələkciklər aiddir.
Allergiya anadangəlmə və qazanılma olmaqla 2 qrupa bölünür. Orqanizm yad maddəyə allergiya reaksiyası verdikdə aşağıdakı patologiyalar baş verə bilir:

– asqırma
– öskürmə
– konyuktvit əlamətləri
– bronxit əlamətləri
– qaşınma
– dəridə səpgilər
– anafilaktik şok.//immunitet.az

Buna da baxın

Kondisionerdən istifadə edənlərin nəzərinə – Təhlükə

Whatsapp ilə Paylaş Kondisionerdən istifadə edənlərin nəzərinə – Təhlükə Yay aylarının gəlişi ilə özünü göstərməyə …