Əsas səhifə / Əsas menu / Gözəllik / Almacıq sümüklərini önə çıxaran makiyaj
Bizi mobildən daha sürətli  izləyin

Almacıq sümüklərini önə çıxaran makiyaj

almaciq sumuyu

Kosmetoloqlara görə almacıq  sümüklərinin makiyaj zamanı xüsusi vurğulanması ehtiraslı və cazibədar görünüşün əsas meyarlarındandır. Yanaqlarınızda tətbiq edəcəyiniz makiyajla  almacıq sümüklərini önə çıxararaq daha cazibədar görüntü əldə edə bilərsiniz. Təbii üz cizgiləri bəzən uyğun olmasa da, düzgün makiyaj və konturlarla buna nail olmaq o qədər də çətin deyil. Qadinklubu.com sizlərə almacıq sümüklərini vurğulayan makiyaj növünü təqdim edir.

Almacıq sümüklərinizi təyin edin.

Hər qadının almacıq sümükləri diqqətə çarpan deyil. Amma hər qadının almacıq sümüyü vardır. Konturlama  əməliyyatına başlamazdan əvvəl, almacıq sümüklərinizin yerini  doğru şəkildə təyin etməlisiniz. Bunu etmək üçün dodaqlarınızı balıq kimi büzün. Beləcə yanaqlarınız içəri çökər və sümükləriniz ortaya çıxar. Sümüyünüzü yeri təyin etdikdən sonra, işarə barmağınızı və sümüyünüzü paralel şəkildə tutun. Bununla da  ənliyinizi çəkərkən, keçməməniz lazım olan sərhədi asanlıqla görə bilərsiniz.

Tünd rənglərlə

Klassik tonal kreminizi bir ton tündü ilə  ya da dəri tonunuzdan yüngül tünd bir pudrayla almacıq sümüyünüzün alt qismini tündləşdirin. Bunu etmək üçün, tonal krem ​​ya da pudranı, saç xəttinizdən  almacıq sümüyünüzün altına qədər bir xətt halında tətbiq edin. Daha sonra təmiz bir fırça ya da süngər istifadə edərək, bu xətti dağıdın.

Yanaqların almacıq qismi

Almacıq sümüyünüzün üst qismi, yanaqlarınızın almacıq hissəsidir. Bu hissəyə, alt hissədə istifadə etdiyinizdən  daha açıq ton bir ənlik tətbiq edin. Krem kimi olan ənliklər  daha təbii görünüşlər yaradacaq. Seçdiyiniz ənlik tonuyla, yanağınızın almacıq sümüyünə də  bir az rəng qatın.

Buna da baxın

Bu il dəbdə olan hörük modelləri

Whatsapp ilə PaylaşHəm qısa, həm də uzun saçları olduqca gözəl göstərən hörüyün təkrar dəbdə olduğu …