Əsas səhifə / Əsas menu / Gözəllik / Almadan gecə kremi hazırlayın
Bizi mobildən daha sürətli  izləyin

Almadan gecə kremi hazırlayın

atad

Tərkibi:

1 ədəd alma
1 çay qaşığı zeytun yağı
3-4 damcı gülab

Hazırlanması:

Almanı ortadan ikiyə bölün. Tumlarını təmizləyin. Almanı xırda-xırda doğrayın. Blendıra töküb üzərinə zeytun yağı əlavə edin. Blendırı 5-7 dəqiqə işlədərək qarışığı hamar hala gətirin. Daha sonra həmin qarışığı ocağın üzərinə qoyub üzərinə gülab əlavə edib qızdırın. Artıq kreminiz hazırdır. Otaq temperaturunda olan kremi təmiz üz və boyun dərisinə çəkin. Səhər oyananda isə üzünüzü ilıq su ilə yuyn.
Krem bütün dəri tipləri üçün uyğundur. Xatirladaq ki, ağzıbağlı qaba qoyub soyuducuda 4-6 gün saxlaya bilərsiniz.

Alma kremi hansı problemləri həll edir?

Alma A, B və C vitaminləri, həmçinin, beta-karotin və antioksidantlarla da zəngindir. Bu maddələr dərinin daha sağlam və gözəl görünməsini təmin edir.

Maskanın tərkibindəki zeytun yağı dərini nəmləndirir və yaşlanma əlamətlərini aradan qaldırır. Gülab isə sızanaqları azaldır, dərinin “pH” balansını bərpa edir, dəri hüceyrələrini yeniləyir.

Buna da baxın

12 saatda bağırsaqlardakı bütün qurdları tökən KÜR

Whatsapp ilə Paylaş Portağal qabığının səhiyyə baxımından faydaları çox az bilinir. Portağal qabığında olan C …