Əsas səhifə / Əsas menu / Yemək reseptləri / Almalı-kəsmikli piroq- FOTORESEPT
Bizi mobildən daha sürətli  izləyin

Almalı-kəsmikli piroq- FOTORESEPT

Almalı-kəsmikli piroq- FOTORESEPT

Tərkibi:

Xəmir üçün:
– 3 stəkan un
– 1/2 stəkan şəkər tozu
– 200 qr kərə yağı
– 10 qr qabartma tozu
İçlik üçün:
– 500 qr kəsmik
– 200 qr xama
– 4 dənə alma
– 4 dənə yumurta
– 2 xörək qaşığı manna yarması

Hazırlanması:

1. Unu ələyirin və qabatrma tozu ilə qarışdırın.

b_400_280_16777215_0___images_stories_METBEX_pr1

2. Una 1/2 stəkan şəkər tozu əlavə edin.

b_400_280_16777215_0___images_stories_METBEX_pr2

3. Soyuq (dondurulmuş yox!) kərə yağını kublar şəklində doğrayın və una əlavə edin. Unu yağla yaxşı qarışdırın (blenderdə və ya mikserlə). Xəmir xırda ovuntu şəklində alınmalıdır.

b_400_280_16777215_0___images_stories_METBEX_pr3

4. Formaya perqament kağızını sərin və xəmirin 1/2 hissəsini bu formaya tökün və qaşıqla hamarlayın.

b_400_280_16777215_0___images_stories_METBEX_pr4

5. Kəsmiyi, manna yarmasını, xamanı və yumurtanı blenderdə yaxşıca qarışdırın.

b_400_280_16777215_0___images_stories_METBEX_pr5

6. Almanı soyun və sürtgəcin iri gözündən keçirin.
7. Alma ilə şəkər tozunu, kəsmiyə əlavə edin və yaxşıca qarışdırın. İçlik kifayət qədər duru alınır. Buna görə narahat olmayın.

b_400_280_16777215_0___images_stories_METBEX_pr7

8. İçliyi formaya qoyulmuş xəmirin üzərinə tökün və üzərinə xəmirin qalan hissəsini əlavə edin (qaşıqla hamarlamaq lazım deyil!).

b_400_280_16777215_0___images_stories_METBEX_pr8

9. Piroqu 200 C kimi qızdırılmış sobada 35-40 dəqiqə ərzində bişirin.

b_400_280_16777215_0___images_stories_METBEX_piroq

Nuş olsun!

Buna da baxın

Bu çaylar tam bir şəfa qaynağıdır!

Whatsapp ilə Paylaş Bəlğəm azaldan alma çayı: Alma qabıqları ilə hazırlanan çay həm sinəni yumşaldır, həm …