Əsas səhifə / Manşet / Almalı peçenye
Bizi mobildən daha sürətli  izləyin

Almalı peçenye

Tərkibi:

Xəmir üçün:

-1 ədəd yumurta
-100 qr kərə yağı
-Yarım su stəkanı pudra şəkəri
-3 yemək qaşığı süzmə qatıq
-Yarım su stəkanı qarğıdalı yağı
-1 paket vanil
-1 paket qabartma tozu
-3.5 su stəkanı un

İçlik üçün:

-3 alma
-4 yemək qaşığı şəkər
-Yarım su stəkanı qoz
-1 çay qaşığı darçın
Peçenyenin üzəri üçün:
-Pudra şəkəri

Hazırlanması:

İçliyin hazırlanmas: Almaları sürtgəcdən keçiririk. Daha sonra üzərinə şəkər əlavə edərək, tavada bişiririk. Almanın suyu çəkildikdən sonra, üzərinə darçın əlavə edirik. Biraz qarışdırdıqdan sonra, ocaqı söndürüb, qatışımı soyumağa qoyuruq. Soyuduqdan sonra üzərinə qoz əlavə edib qarışdırırıq.

Xəmirin hazırlanması: Otaq istiliyində yumşalmış yağ, pudra şəkəri, yumurta, qatıq, duru yağ,vanili qarışdırıb un ilə qabartma tozunu da əlavə edərək, yumşaq xəmir yoğururuq. Xəmiri iki yerə bölürük. Birinci hissəni yayıb, hazır qəlib vasitəsilə kiçik dairəvi formada kəsirik. Daha sonra hazır formaların yarısının(əgər 6-sa 3-ün) daxili hissəsinə kiçik bir dəlik açırıq. Əvvəlcədən hazırladığımız içliyi dəlik olmayan dairəvi xəmirin üzərinə qoyub, digəri ilə (dəlikli olan) üzərini örtüb, çəngəllə kənarlarını yapışdıraraq forma veririk. Peçenyeləri kalka üzərində siniyə düzərək, əvvəlcədən 180 dərəcədə qızdırılmış sobada, 15 dəqiqə-üzəri xəfif qızarana kimi bişiririk. Zövqə görə üzərinə pudra şəkər səpərək servis edə bilərsiniz.

Nuş olsun!

Buna da baxın

Şəkərli diabet xəstələri üçün iynə əvəzinə peçenye

Whatsapp ilə Paylaş Diabet xəstələrinə şad xəbər. Şəkərli diabet xəstələri üçün ağrılı insulin iynələri əvəzinə …