Əsas səhifə / Əsas menu / Sağlamlıq / Almanı nə üçün yemək lazımdır? – Səbəb
Bizi mobildən daha sürətli  izləyin

Almanı nə üçün yemək lazımdır? – Səbəb

almAlmanı nə üçün yemək lazımdır? – Səbəb

Alma ən faydalı meyvələrdən biri sayılır. İngilislər deyir ki, hər gün 1 alma yeyən insanın həkimi işsiz qalacaq.

Almanın orqanizmə olan faydasını tibb də təsdiq edir. Kardioloqlar israrla öz xəstələrinə hər gün bir neçə alma yeməyi tövsiyə edirlər. Almanın faydası haqqında daha ətraflı:

1. Kalium və dəmirlə zəngin olan alma insanın ürək-damar sistemi üçün olduqca xeyirlidir. Ürək-damar sistemi xəstəliklərin profilaktikası üçün hər gün bir neçə alma yemək lazımdır.

2. Dünya onkoloqları sübut edir ki, almanın daim qəbulu insanı xərçəng xəstəliklərindən qoruya bilər.

3. Sellülozla (təbii liflər) zəngin olan alma bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliklə mübarizədə kömək edir. Qəbizlikdən əziyyət çəkən insanlar hər gün səhər tezdən alma yeməlidir. Bu bağırsaqları “oyadacaq” və gün ərzində daha yaxşı işləməyə kömək edəcək.

4. Almada olan sellüloz bağırsaqlarda yığılan toksinləri, şlakları və digər ziyanlı maddələri təmizləyir.

5. Alma dəmirlə zəngindir və bu səbəbdən qara ciyər üçün çox xeyirlidir.

6. Alma dişlər və damaqlar üçün də çox xeyirlidir. Alma damaqların qan dövranını yaxşılaşdırır, dişləri isə onlara yapışmış qida qalıqlarından təmizləyir. Əgər qida qəbulundan dərhal sonra siz dişlərinizi təmizləyə bilmirsinizsə, 1 dənə alma yeyin.

7. Alma arıqlamağa kömək edir. Alma kalorilərlə zəngin deyil, lakin almada olan sellüloz orqanizm tərəfdən uzun müddət ərzində mənimsənilir və buna görə insan aclıq hiss etmir. Məhz bu səbəbdən alma müxtəlif arıqlamaq üçün olan pəhrizlərdə istifadə olunur.

8. Alma hipoallergen məhsul sayılır (allergiyalara səbəb olmur) və bu səbəbdən almanı allergiyadan əziyyət çəkən insanlar da qorxmadan yeyə bilər.

9. Alma qanda “pis” xolesterinin səviyyəsini aşağı salır.

10. Alma, alma şirəsi qan damarları möhkəmləndirir, onları daha elastik edir. Alma sirkəsi varikozla mübarizədə ən effektli təbii müalicəvi vasitələrdən biri sayılır.

11. Yodla zəngin olan alma qalxanvari vəzi xəstəliklərin profilaktikası üçün ən yaxşı vasitələrdən biridir.

12. Sübut olunub ki, alma beyinin fəaliyyətini yaxşılaşdırır, beyinin qocalmasını ləngidir.

Təbii ki, bütün dediklərimiz xarici ölkələrdən gələn almalara deyil, yerli almalara aiddir.


Buna da baxın

Bu çaylar tam bir şəfa qaynağıdır!

Whatsapp ilə Paylaş Bəlğəm azaldan alma çayı: Alma qabıqları ilə hazırlanan çay həm sinəni yumşaldır, həm …