Əsas səhifə / Manşet / Alt geyimlərinin rəngi nə ifadə edir?!
Bizi mobildən daha sürətli  izləyin

Alt geyimlərinin rəngi nə ifadə edir?!

l

Saflıq, təmizlik rəmzidir. Amma seksdə bu rəng yerini statiklik, sabitlik və adiliyə verir. Ağ rəng seksdə təcrübəsiz olanların üstünlük verdikləri sırasındadır. Ağ rəngdə utancaqlıq vardır. Bu rəng seçiciləri təmizlik dəlisidirlər. Gün işığından istifadə etməyə deyil də, qaranlığa üstünlük verirlər. Yeniliklərə açıq deyillər.

Boz

Həyatda boz adi və üstünlük verilməyən rənglərdəndir. Ortada qalmışdır. Nə şərqdir, nə də qərb. Boz rəng sevənlər adətən harda nə etməli olduqlarını bilməzlər. Yataqda isə bu rəng tam başqa bir mənanı ifadə edir: Sürprizi. Bu sürprizlər adi cinsi əlaqəyə aid edilməsə də, amma ona uyğun məkan, zaman və tərəf müqabili olarsa, nəticələr təəcübləndirici olacaq. Boz təsirləndirici təəssüratlar bəxş edən bir rəngdir.

Qəhvəyi

Həyatda güçsüzlük simvolu olsa da, geyşa ruhuna uyğun bir rəngdir. Bu rəng qarşısındakının əmrlərinin yerinə yetirilməsindən həzz alandır. Qarşısındakını razı salmaq əsas meyar olsa da, eyni zamanda sevgi də yüksək səviyyədədir. Sözdən çox təsirlənir. Ona təsir etmək üçün ən yaxşı yol romantik, təsiredici sözlərdən keçir.Əlini tutmaq, qoxusunu hiss etmək, əl-ələ tutub yatmaq onlar üçün əvəzedilməzdir. Bir sözlə bu rəngə üstünük verənlər sevgini hiss etməkləri ilə yanaşı, həm də hiss etdirir.

Qırmızı

Şəfqət və ehtiras rəngidir. Tərəf müqabilini təsir altına asanlıqla sala bilər. Sevgi üçün mübahisə edə bilər. Eyni zamanda sevdiyinə sahib çıxaraq daima qoruyar. Sevdiyindən müsbət rəy almasa qəlbi qırılsa da, fikrindən daşınmadan sonuna qədər mübarizə aparar. Yenilikçidir və hər mövzuda axtarışdadır. Onu sərhədləmək olduqca çətindir.Təəccübləndirici və ehtiraslıdır. Qırmızı rəngli geyimlərin adi və yüngül xarakter təsiri bağışladığı anlayışını rəhbər tutaraq, bir çox qadın bu rəngdən istifadədə tərəddüd edir. Amma bu tip qadınlara görə bir çox kişilərin qadınlarını aldatdığı da müzakirə mövzularındandır. Məhz bu səbəbdən qadınlar bu rəngdən istifadəni diqqətdən kənar saxlamayaraq, bir qədər təsiredici obraz yaradarsa, bunun kişilər üçün heç bir pis təsiri olmaz. Qırmızının yarada biləcəyi bəsitliyi aradan qaldırmaq üçün makiyajsız istifadə etmək və ya sadə gecə geyimləri ilə tamamlamaq kifayətdir. Son zamanlarda qırmızı bənövşəyi rənglə yarışsa da, qırmızı rəng öz üstünlüyünü qorumaqdadır. Qırmızının bir qədər tünd tonları-zoğalı rənglər də unikal seçimlərdəndir.

Mavi

Buğa bürcü kişisi kimi evinə, sevdiyinə və ailəsinə bağlı bir təəssürat daşıyıcıdır. Duyğusallıq yüksək səviyyədə, incitməmək isə əsl məqsədidir. Qadına və kişiyə eyni dərəcədə dəyər verir. Cinsi əlaqədə “mən” anlayışının əvəzinə “biz” sözünü qəbul etmiş, evliliyi uzun müddət davam etdirə bilən rəngdir mavi. Qarşısındakı onun üçün həmişə əvəzedilməz və təkdir. Sevgi, şəfqət və bağlılıq seksdən daha önəmlidir mavi rəng sevənlər üçün.

Bənövşəyi

Artıq ehtirasda qırmızının taxtına əyləşən bənövşəyi ehtirasın, asılılığın kompleksini ifadə edən bir rəngdir. Bu rəngə üstünlük verənlər hər yerdə diqqət çəkən olduqları kimi yataqda da eyni üstünlüyə malikdirlər. Yeniliklərə və fantaziyalara açıqdırlar. Tərəf müqabilinə dəyər verərək onu xoşbəxt etmək üçün əlindən gələni əsirgəməz. Fikir ayrılığı və problemlər onun münasibətinə zərər verməz. Bir sözlə idealdır. Bönövşəyi rəngin tonlarının da çoxluğu onun üstünlüklərindəndir.

Çəhrayı

Çəhrayı varlıqlarını qəbul etdirə bilməyənlərin sığındığı rəngdir. Məsumluq maskası, ya da saflıq istəyi kimi qəbul edilir. Düşünüldüyü kimi ehtirası ifadə etməz. Uşaq təsiri bağışlayaraq, yaşa üstünlük verərək daha da cavan görünmək istəyənlərin seçimidir. Romantik sevişmələr üçün ideal bir rəngdir. Çəhrayının göz oxşayan tünd tonları aldadıcı təsirə malikdir. Uşaq kimi görüntü aşılayan bu rəng kişilərin diqqətindən kənar deyildir. Bu rəngi sevənlər, dekolte modellərə üstünlük verərək daha göz oxşayan görüntü əldə edə bilərlər.

Sarı

İki növ insan vardır. Birincisinin aldatmaq üçün zamanın, məkanın və tərəf müqabilinin o qədər də əhəmiyyəti yoxdur; ikincisi isə şərtlər uyğun olduğunda aldadır. Sarı rəng sevənlər ikinci növ insanlara aiddirlər. Onun üçün hər şey mükəmməl olmalıdır. Ya mükəmməl ya da heç məntiqi ilə cinsi həyatını yaşar. Qarşı tərəfdən gələn təklifi dəyərləndirsə də, əsla özü təklif etməz. Ehtiraslı hesab edilməzlər.

Qara

Həyatda əzmkar xarakterin, gücün rəmzi olsa da, cinsəlliklə şəfqəti və ehtirası ifadə edər. Qara rəng qəhvəyi rənglə bir uyğunluq formalaşdırır. Həmişə təəcübləndirir. Sərhəddi yoxdur. Onun üçün zaman və məkan fərqi yoxdur. Bu rəngin seçiciləri həyatda nə qədər mülayim olsalar da , yataqda bir o qədər ehtiraslıdırlar.

Narçiçəyi rəngi

Cinsi münasibətin sərhədlərini aşan və yeniliklərə açıq olan bir rəngdir. Duyğularını dolğun ifadə etməyə qadir şəxslərdir bu rəngə üstünlük verənlər. Hər münasibətini fərli yaşamaq istər, hər dəfə yeni bir hekayə yazmaq istəyi ilə tərəf müqabili çox ola bilər. Cinsi münasibət zamanı danışmağı sevərlər və olduqca sərtdirlər.

Yaşıl

Sadiqliq rəmzidir. Tərəf müqabiliniz yaşıl rəngə üstünlük verirsə, əsla xəyanətdən şübhələnməyin. Təmizlik, saflıq və məsumluq rəmzidir. Tərəf müqabilinə güvən verir və eyni zamanda güvən tələb edər. Özü sadə və o qədər də fantaziyalara sahib olmadığına görə daima hər şeyi tərəf müqabilindən gözləyər. Ona görə qoxu və təmizlik ən əhəmiyyətli meyarlardandır. Bir qədər qarışıq və anlaşılmaz olduqlarına baxmayaraq, bu nüans xarakterləri ilə ziddiyyət təşkil etməsi baxımından, kişilərin diqqətini çəkərək, onlara üstünlük qazandırar.

Buna da baxın

Qadınlarda cinsi istəksizliyin səbəbləri və həlli

Whatsapp ilə Paylaş Qadın və kişilərdə cinsi istəyin  fərqli olması birbaşa hormonal fərqlərdən qaynaqlanır. Kişilər …