Əsas səhifə / Əsas menu / Ana və uşaq / Ana südü ilə qidalandırmaq üçün sağlam pəhriz
Bizi mobildən daha sürətli  izləyin

Ana südü ilə qidalandırmaq üçün sağlam pəhriz

l

Ana südü ilə qidalandıran analar üçün pəhriz

Əgər ana südü ilə qidalandırırsınızsa, körpəniz bütün lazımı maddələri sizdən alır, belə ki, siz hamiləlik zamanı öyrəşdiyiniz sağlam yemək vərdişlərinə davam etməlisiniz. Analıq xüsusilə ilk günlərdə məsuliyyətli və yorucu ola bilər, belə ki, sağlam qidalar yemək lazım olan enerji və qida maddələri ilə təmin edəcəkdir.

Ana südü ilə qidalandırmaq üçün ən yaxşı qidalar

Sağlam, enerji və qida maddələri ilə dolu qidalar yemək körpəyə baxarkən sağlam olmağınıza kömək edəcək. Kəpəkli çörək, sıyıqlar, makaron və kartof kimi karbohidratlar enerji təmin edir. Meyvə və tərəvəz əsas vitaminlər, minerallar və lif ilə təmin edir. Siz ət, paxla, balıq və yumurtadan sağlam zülal əldə edə bilərsiniz, ancaq miqdarını çox yemək olmaz. Yarım yağlı süd, pendir və qatıq kimi kalsium ilə zəngin qidalar da çox vacibdir.

Yüksək yağ və ya şəkər ehtiva edən qidalar çox kalori təmin edir, qida dəyəri isə olduqca aşağıdır, buna görə də, həmin qidaları yeməmək və ya hərdən yemək ən yaxşısıdır. Siz məşğulsunuzsa və ya bişirmək üçün vaxt yoxdursa, bir ovuc günəbaxan və ya balqabaq tumu, yağsız ət, tuna balığı, pendir və ya salatdan hazırlanmış sendviç və ya bir kasa süd, qatıq ilə yüksək lif və yulaf və meyvə asan hazırlanan və sağlam qəlyanaltılardır.

Ana südü ilə qidalandırarkən sağlam pəhriz

Əgər ana südü verirsinizsə, körpənin ehtiyacı olan bütün enerji sizdən ona keçməlidir, yəni siz adi vaxtlara nisbətən daha çox kalori qəbul etməlisiniz. Əmizdirmək təxminən gündə 500 kalori yandırır. O əlavə kalorini almaq üçün ən yaxşı məsləhət aclıq hiss etdiyiniz zaman yemək və yemək arasında sağlam qəlyanaltılar qəbul etməkdir.

Ana südü ilə qidalandırarkən bol su içmək vacibdir. Südünüzün olması üçün gündə 2 litr su içmək lazımdır. Bir çox analar böyük bir şüşə suyun yanlarında olmasının kömək etdiyini düşünür. Sidiyiniz çox tünd görünməsi və ya normaldan daha güclü iy olması, kifayət qədər maye qəbul etmədiyinizin göstəricisidir. Süd və şəkərsiz meyvə şirəsi də su qəbulunu əvəz edən yaxşı variantlardır, bunu unutmayın.

Ana südü ilə qidalandırarkən alkoqol və məsləhət görülməyən qidalar

Ana südü ilə qidalandırarkən alkoqol məsləhət deyil, çünki qanınızdan südə keçə bilər. Siz spirt içmək istəyirsinizsə, əvvəlcə bir körpəniz üçün bir miqdar süd sağın. 1 stəkan alkoqolun bədəndən çıxması təxminən 3 saat çəkir. Çay və ya qəhvə içə bilərsiniz, lakin çox qəbul etməməyə çalışın, çünki artıq kofein körpədə həddən çox stimulyasiyaya səbəb ola bilər. Bəzi qadınlar bildirir ki, müəyyən güclü ətirli və ya ədviyyatlı qidalar onların körpələrinə pis təsir edir. Xüsusi bir qidanın körpəyə mənfi təsir etdiyinə qənaət gətirsəniz, onu verməyin və körpənin yaxşılaşıb-yaxşılaşmamasını müşahidə edin. Müəyyən bir narahatlığınız varsa, həkiminizlə məsləhətləşin.

Uzun zəncirli doymamış turşuların (LCPlər) əhəmiyyəti

Araşdırmaya əsasən xüsusilə iki LCP – AA (omeqa-6) və DHA (omeqa-3) ana südündə təbii olaraq aşkar edilmişdir və bunlar körpənin beyin, göz və sinir sisteminin inkişafı üçün vacibdir. Ana südü ilə qidalandırarkən LCP ilə zəngin qidaların qəbulu körpələrin göz və beyin inkişafını və hərəkət bacarıqlarını inkişaf etdirir. LCPlər balıq və ətdə mövcuddur. Qırmızı ətdə AA, balıqda, xüsusən də skumbriya, sardina, tuna və qızıl balıq kimi yağlı balıqlarda, AA və DHA mövcuddur.//nutriciaclub.az

Buna da baxın

Süni qidalar haqqında bilmədiklərimiz – Müsahibə

Whatsapp ilə Paylaş “Süni uşaq qidaları genetik dəyişdirilmiş heyvanların məhsullarıdır”. Bunu Azərbaycan Tibb Universitetinin (ATU) …