Əsas səhifə / Əsas menu / Ana və uşaq / Ana südünü artıran qidalar
Bizi mobildən daha sürətli  izləyin

Ana südünü artıran qidalar

Ana südünü artıran qidalar3

 Bütün analar ilk 6 ay  ana südünün körpə üçün ən əhəmiyyətli, qida dəyəri ən yüksək qida olduğunu bilir. İmmunitet sistemini gücləndirən ana südünü artıran qidaların istifadə edilməsi  isə süd verildiyi dövrdə çox  əhəmiyyətlidir. Qadinklubu.com sizlərə ana südünü artıran qidaları  və xüsusiyyətlərini araşdırdı.

Su, ana südünü artıran qidalar sırasında ilkdir.

Ana südünü artıran qidalar2

Ana südünün miqdarını artırmaq üçün istehlak edilməsi lazım olan əsas qida sudur. Ana südünün yüzdə 87-si sudan ibarətdir. Əmizdirən anaların bu müddətdə normal ehtiyaclarından daha çox su içməlidirlər. 60 kiloluq birinin gündəlik istehlak etməsi lazım olan su miqdarı təxminən 2 litr olduqu halda, əmizdirən analarda bu rəqəm 3-3,5 litrə qədərdir. Bu ehtiyacın 2- 2,5 litri saf sudan, qalan qisimi isə şəkərsiz kompot, bitki çayı və ayran kimi içkilərdən alına bilər. Gərəksiz çəki artımını əngəllənməsi üçün kompotolara şəkər əlavəsinə gərək yoxdur, meyvənin öz şəkəri kafidir.

Qeyd: Xalq arasında bilinənin əksinə şəkər və şəkərli qidalar süd miqdarını artırmır. Hər əmizdirmə əsnasında 1- 1,5 stəkan su içməklə ehtiyac olunan maye qəbulunu təmin edə bilər, süd miqdarını artıra bilərsiniz.

Yulaf, südün kanallarda irəliləməsini sürətləndirir.

Yulaf, südün kanallarda irəliləməsini sürətləndirir.3

Son dövrdə aparılan araşdırmalar göstərir ki, anada dəmir əskikliyi olarsa, südün miqdarı da azalacaqdır.  Yulaf yaxşı bir dəmir qaynağı olmaqla yanaşı, həm də sakitləşdirici təsiri vardır.  Bu xüsusiyyətlərilə  yulaf südün döş kanallarında irəliləməsini təmin edən oksitosin hormonunun miqdarını artırır. Bununla da  südün kanallarda   irəliləməsi sürətləndirir.

Qeyd: Səhər yeməklərinizdə yulaf bişirərək və ya süd ilə qarışdıraraq istifadə  edə bilərsiniz.

Kök, süd kanallarını inkişaf etdirir.

Kök, süd kanallarını inkişaf etdirir4

Kökün  tərkibində döş toxumasının sağlam inkişafını və süd meydana gəlməsini dəstəkləyərək estrogenə  bənzər vəzifə daşıyan   fitoöstrogen var. Fitoöstrogen süd istehsalını artırır. Östrogen ormone döş toxuması içərisindəki süd kanallarını inkişaf etdirir.

Qeyd: Salatalarınıza mütləq gündə 1 ədəd kök əlavə edin. Aparılan araşdırmalara görə əmizdirmə müddətində analar kökdən istifadə edərlərsə, gələcəkdə uşaqların da kök yeməsi daha da asanlaşır.

Razyana südün yağ məzmunu artırır.

Paxlalılar, südün keyfiyyətini artırır

Tərkibindəki ostrogen maddəsi ilə  süd miqdarını və südün yağ məzmunu artırır. Eyni zamanda, ana südü   ilə körpəyə keçərək, həzm və mədə pozğunluğu problemləri yaşamasının qarşısnı alır.

Qeyd: Çay yerinə razyana çayına üstünlük verin. İçərkən təkibinə şəkər əlavə etməyin. Gündə 2-3 fincan razyana çayı içməklə süd miqdarını artıra bilərsiniz.

Paxlalılar, südün keyfiyyətini artırır.

Paxlalılar, südün keyfiyyətini artırırl

Yaxşı bir dəmir qaynağı olan paxlalılar, süd miqdarını və keyfiyyətini artırır. Xüsusilə əmizdirən ana vegetariandırsa diyetində mütləq bu qidalara yer verməlidir. Ancaq   anada qaz problemlərinə  səbəb ola bilən bu qidalar, körpədə də bənzər problemlərə səbəb ola bilir.

Qeyd: Əgər bu yeməklər sizdə qaz problemi yaradırsa, həftədə 2-3 dəfə noxud, quru paxla kimi paxlalılar əsas yeməkdə yox, hərdən bir ara fasilələrdə istifadəsinə  yer verə bilərsiniz.

Tünd yaşıl yarpaqlı tərəvəzlər, südü artırırTünd yaşıl yarpaqlı tərəvəzlər, südü artırır

İspanaq,  kələm kimi tünd yaşıl yarpaqlı tərəvəzlər  süd miqdarını artırır. Ayrıca bu tərəvəzlər kalsium, dəmir, folat və vitamin A məzmunu baxımından zəngin olması   ilə də südün keyfiyyətinin artmasını təmin edir.

Qeyd: Tünd yaşıl yarpaqlı tərəvəzləri gün içərisində salatlarınıza və ya tərəvəz yeməyi olaraq qidalarınıza daxil edə bilərsiniz.

Sarımsaq, körpənin daha çox əmməsini təmin edir.

Sarımsaq, körpənin daha çox əmməsini təmin edirAparılan araşdırmalar göstərir ki, ana əmizdirməmişdən əvvəl  sarımsaq yeyərsə, körpələr daha aktiv və çox əmir. Ana südünün artıran əsl faktor körpənin aktiv bir şəkildə ananı əmməsi olduğundan sarımsağın süd miqdarını artırdığını söyləmək olar. Ancaq körpələrdə qaz meydana gəlməsinə və həzm problemlərinə də yol aça bilir.

Qeyd: əmizdirərkən sarımsağı az miqdarda yeməklərinizə əlavə edin. Körpənin verdiyi reaksiyaları müşahidə edin. Əgər qaz ya da həzmsizlik kimi problemlər meydana gəlmirsə gün içərisində 1-2 diş yeyə bilərsiniz. Əgər  yeməkdə istifadə etməkdə  çətinlik çəkirsinizsə, sarımsaq kapsulası ala bilərsiniz.

Qoz, fındıq və badam yağlar zəngindir.

Qoz, fındıq və badam yağlar zəngindir

Qoz, fındıq, badam kimi yağlı toxumlar əmizdirən anaların diyetində mütləq olmalıdır. Bu toxumlar bədənimiz tərəfindən ifraz olunmadığı üçün mütləq çöldən alınması lazım olan yağlardır. Ona görə də  südün keyfiyyətinin artırılmasında bu yağlar əhəmiyyət daşıyır.

Qeyd: Bu yağlı toxumlar yüksək kalori ehtiva etdiyindən gün ərzində 3-4   qoz, 10-12 ədəd çiy badam və ya fındıq yeyə bilərsiniz.

Küncüt   kalsiumla zəngindir15278489_6f401021

Yüksək kalsium məzmunu və östrogen hormonuna bənzər xüsusiyyətlər göstərməsi səbəbi ilə süd miqdarını artıran xüsusiyyətə sahibdir.

Qeyd: Küncüt  dənələrini salatlarınıza əlavə edərək, gündə 1-2 çay qaşığı qədər istifadə  edə bilərsiniz.

Buna da baxın

Yulaflı limon maskası

Whatsapp ilə Paylaş  Tərkibi: 2 x/qaşığı yulaf 1 x/qaşığı limon suyu Hazırlanması və tətbiqi: Yulafı …

Bir şərh

  1. “P-MON” NITQ VE INKISAF MERKEZI ELAN EDIR :

    EZIZ VALIDEYNLER!!!
    Mektebeqeder ve ya mektebli yasinda olan ovladiniz sozleri dogru teleffus etmirse , sozleri teleffus eden zaman kekeleyirse , vaxt itirmeden bize muraciet edin. Loopedik qusurlar tecrubeli mutexessislerimiz (Loqopedler) terefinden aradan qaldirilacaq.
    Qiymetlerimiz cox munasibdir : ( 1 Seans=20 AZN )

    Loqopedik mesgele;
    Artikulyasiya gimnastikasi (dil, dodaq, çene, yanaq ) ;
    Massaj (dil, dodaq, uz, el ) ;
    Luget ehtiyyatinin zenginlesdirilmesi ;
    Cumle qurmaq verdislerini formalasdirmaq ;
    Rabiteli nitqin inkisafi ;
    Duzgun ve selist danisiq ;
    Nitq oyunlari ;
    Loqopedik ritmika ;

    Fonetik ve fonematik inkisafdan qalmanin aradan qaldirilmasi ;

    “P- MON” NITQ VE INKISAF MERKEZI
    e-mail: p-mon@inbox.ru
    Tel: (+99470) 866 89 99