Əsas səhifə / Əsas menu / Ana və uşaq / Ana südünü artırmaq üçün çay resepti
Bizi mobildən daha sürətli  izləyin

Ana südünü artırmaq üçün çay resepti

k

Yenicə ana olmuş qadınların bir neçə sual dolu problemləri olur. Onlardan biridə övladlarına verəcək ən önəmli qida olan ana südünü necə artırmaq yoludur.

Ana südünü artırmaq üçün çay resepti:

Hazırlayın faydasını siz də görə bilərsiniz.

Çayın tərkibi:

2 litr su (8 stk.su)

2 x.q. gicitkən (sudartırıcıdır)
2 x.q. çobanyastığı (
sakitləşdiricidir və doyumaq hissi yaradır)
2 x.q. melisa çayı (* sakitləşdirici)
1 x.q. raziyana (* qazqovucudur)
2 ç.q. darçın (insulini azaldır)
1 barmaq ölçüsündə təzə zəncəfil (
immuniteti artırıb, ürəkbulanmanı azaldır, yorğunluğu və halsızlığı götürür)
5-6 ədəd qərənfil yəni mixək (sakitləşdirici təsiri var)
1 ədəd qabıqlı alma
1 ədəd qabıqlı portağal
1 ədəd qabıqlı naringi (mandarin)

Hazırlanması:

Dəmək bütün otları və ədviyyatları qazanda qaynayan suya əlavə edin, sonra qazı sondürün. Çayı əsla qaynatmaq olmaz. 4 dəqiqədən sonra çayı süzün, meyvələri qabıqlı formada doğrayıb çaya qatın. (Birinci dəfə istifadə edəcəyinizə görə allergiyadan qorunmaq üçün portağal və mandarin əvəzinə onları yarım limonla əvəz edə bilərsiniz) Çayı bir termosa və ya su qabına tökün. Çayı soyuq və ya isti halda içmək olar. Gün ərzində hamısını için. Çünki, süd üçün 3 l su içmək lazımdır.

Bu çay hamiləlikdən sonrakı əsəbiliyi, stresi azaldır, çəkini atmağa kömək edir, ən əsası südartırıcı təsir göstərir.

Qeyd edək ki, bu resepti xarici bir bloggerə sağlam yaşam məsləhətçisi olan həkim tövsiyyə edib.

 

Səma Abıyeva

Buna da baxın

Ev şəraitində sabun hazırlamaq

Whatsapp ilə Paylaş Sabun  seçərkən tərkibi, təbii olması və cildinizi qurutmaması diqqət etdiyiniz məqamlardandır. Satışda …