Əsas səhifə / Əsas menu / Ana və uşaq / Ana və körpələrin doğum evlərində olan- HÜQUQLARI
Bizi mobildən daha sürətli  izləyin

Ana və körpələrin doğum evlərində olan- HÜQUQLARI

Mother kissing newborn
Mother kissing newborn

Ana və körpələrin doğum evlərində olan- HÜQUQLARI

Hamilə olarkən əksər xanımlar xəstəxanaya nə götürməli olacaqlarını, doğuşun necə keçəyi, körpənin sağlamlığı ilə bağlı problemlərin mövcudluğu haqda narahatlıqlar keçirirlər.
Əlbəttə ki, bunlar kifayət qədər önəmlidir. Lakin gələcək analar hamiləlik və doğuş haqqında maarifləndirildikləri kimi həmçinin xəstəxanalarda özlərinin və körpələrinin haqları, həmçinin tibbi personalının vəzifələrini haqqında maariflənmələri də yerinə düşər.
Çünki, bu sahədə dövlətimiz tərəfindən qəbul edilmiş çox faydalı qanun qaydalara rəğmən onların tətbiqində kifayət qədər nöqsanlar və boşluqlar mövcuddur. Xəstəxanalarda tibbi personalın məsuliyyətsizliyini aradan qaldırmaq üçün analar öncədən haqlarını öyrənib tələb etməlidirlər.
İstər özəl, istərsə də dövlət xəstəxanalarında müşahidə edilən əsas qanun pozuntular aşağıdakılardır:

Körpəni anadan ayırmaq

Körpənin doğulduğu andan sonra gün ərzində ana ilə qalmasının və ilk saatlarda ana südü ilə əmizdirilməsinin təmin edilməsi tibb müəssisələrinin vəzifəsidir.
Mənbə: “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Azərbaycan Respublikasının Qanunu, maddə 11: “…11.2. Mülkiyyət formasından asılı olmayaraq tibb müəssisələrinin vəzifələri aşağıdakılardır… 11.2.2. körpənin doğulduğu andan bir gün ərzində ana ilə birgə qalmasını və ilk saat ərzində döşlə əmizdirilməsini təmin etmək;…”

Maarifləndirmək və dəstək olmaq əvəzinə ananın icazəsi və əksər hallarda hətta xəbəri olmadan körpələrə süni qida vermək

Uşaqların qidalandırılması ilə bağlı maarifləndirmə işini həyata keçirmək, ana südünün körpə üçün olan önəmini izah etmək, ana südünün süni qida ilə müqayisədə nə qədər üstün olduğunu bildirmək doğum evlərinin işçilərinin vəzifəsidir.
Mənbə: “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Azərbaycan Respublikasının Qanunu, maddə 4:
“4.0. Ana südü ilə qidalanmanın təbliği məqsədi ilə mülkiyyət formasından asılı olmayaraq tibb müəssisələri tərəfindən hamilə qadınlara və analara;
4.0.1. döşlə əmizdirilmənin vacibliyi və əhəmiyyəti, onun süni qidalanma ilə müqayisədə üstünlüyü barədə;
4.0.2. ana südü ilə qidalanmanın uşaqların harmonik inkişafına müsbət təsiri barədə;
4.0.3. ana südü ilə qidalanmanın uşağın və ananın sağlamlığı üçün bioloji və emosional əsaslar yaratmış barədə;
4.0.4. ana südü ilə qidalanmanın uşağı yoluxucu xəstəliklərdən qorunması və ilkin tibbi-sanitariya yardımının mühüm amili olması barədə hökmən məlumat verilməlidir.”

Analara xəstəxanadan evə buraxıldıqdan sonra süni qida distribütorlarından zənglərin olması

Heç bir halda sizin və ya körpənizin adı və ünvanı süni qida məhsullarının istesalçıları və distribütorlarına açıqlanmamalıdır!!!
Mənbə: “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Azərbaycan Respublikasının Qanunu, maddə 11:
“…11.2. Mülkiyyət formasından asılı olmayaraq tibb müəssisələrinin vəzifələri aşağıdakılardır…
11.2.4. hamilə və uşaq əmizdirən qadınların, eləcə də körpələrin adlarını və ünvanlarını süni qida məhsullarının istehsalçısı və distribütorlarına verməmək;)

Əmizdirmə prosesində cüzi çətinliklərlə üzləşərkən dərhal körpələrə süni qida vermək və ya tövsiyyə etmək

Süni qida qəbulu körpəniz üçün mütləq bir göstəriş olduğu halda (buna körpədə və ya anada ciddi sağlamlıq problemlərinin mövcudluğu səbəb ola bilər) həkim konkret süni qida markası deyil, ümumən uyğun olan süni qida növü (soya əsaslı, laktozasız, hipoallergen və s.) təyin edə bilər. Körpəyə tövsiyyə edilən növ süni qidanın markası isə valideynlər tərəfindən seçilməlidir. Əgər tibbi personal sizin körpəyə konkret bir marka süni qida məsləhət görürsə bu artıq valideynlərin istehlakçı hüququnun pozulmasıdır.
Mənbə: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Rspublikasının Qanunu, maddə 3: “Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsinə;…”)

Yuxarıda qeyd olunan hüquqlarınız pozulduğu halda müvafiq icra hakimiyyəti orqanına müraciət etməyiniz çox böyük önəm daşıyır. Analar Səhiyyə Nazirliyinin qaynar xəttinə zəng vuraraq problem barədə məlumat verə bilərlər.
Qaynar Xətt: 9103
Bu halların baş verməsinin qarşısını almaq üçün hər ana öz körpəsinin hüquqlarını bilməli və onları müdafiə etməlidir.

Buna da baxın

Artıq çəkinin yaratdığı problemlər

Whatsapp ilə Paylaş Hamiləlik dövründə artıq çəki doğuş zamanı probelmlər yaradır. Məsələn həddindən artıq çəki …