Əsas səhifə / Manşet / Analar niyə tez ağlayırlar?
Bizi mobildən daha sürətli  izləyin

Analar niyə tez ağlayırlar?

hh

Kiçik bir oğlan uşağı bir gün anasına sual verir və anasından soruşur:

– “Nə üçün ağlayırsan”?

-“Çünki mən qadınam”

-«Anlamadım!»

Anası uşağı qucaqlayıb «Heç bir zaman anlaya bilməyəcəksən!” deyib.

Uşaq atasından da anasının nə üçün ağladığını soruşub. Ata bütün qadınların səbəbsiz ağladığını deyib.

Kiçik uşaq böyüyüb, yetkin insan olub, ancaq qadınların nə üçün səbəbsiz ağladıqlarını kəşf edə bilməyib. Nəhayət öləndən sonra cənnətə getdiyində Allahdan soruşub:

“Allahım, qadınlar nə üçün bu qədər asan və səbəbsiz ağlaya bilirlər?”

Allah uşağın sualını belə cavablandırıb:

“Mən qadınları xüsusi yaratdım! Bütün həyatın ağırlığını daşımaqlarına baxmayaraq yumşaq çiyinləri və eyni zamanda, başqalarına da təsəlli verəcək qədər hissiyyatlı və düşüncəli, doğumun ağrısı qədər dünyaya gətirdikləri övladlarının nankorluğuna dözə biləcək qədər mənəvi güc verdim.

Başqalarının qüvvətinin qalmadığında davam edə biləcək əzmkarlığı; ailəsinin xəstəliyində yorğunluğun nə olduğunu hiss etməyəcək qədər qüvvət verdim. Hər cür şərt altında, hətta onları çox incitsə də, uşaqlarını sevmək duyğusallığını verdim. Bu duyğusallıq hər yaşdakı uşaqlarının yaralarına məlhəm olmasına, problemlərini dinləyib paylaşmalarına kömək edir. Ərlərini bütün qüsurları ilə sevmək qüvvətini verdim. Onlara yaxşı bir ərin yoldaşını əsla incitməyəcəyini, lakin bəzən dəstək və qüvvətini sınayacaq davranışlarda da ola biləcəyini anlayacaq həssas bir zəka verdim. Tək zəiflik olaraq qadınlara bir göz yaşı verdim …

Tamamilə özlərinin sahib olduqları, ehtiyacları olduğunda istifadə etməkləri üçün. İnsanlıq üçün bir göz yaşı … ”

Qadını gözəl edən şey nə saçı, nə bədəni, nə də görünüşüdür. Qadını əsas gözəl edən sevgisini paylaşa bilməsi, fədakarlığı, məsuliyyəti, anlayışı, yalnız savada deyil eyni zamanda ürəyə də istiqamətli olan ağılıdır.

Buna da baxın

Kişilər hansı qadınları sevmir?

Whatsapp ilə Paylaş Kişilərin hansı qadınları sevmədiyini bilmirsiniz? Qadinklubu.com kişilərin hansı qadınları sevmədiyini təqdim edir. …