Əsas səhifə / Manşet / Ani bayılmaların səbəbləri
Bizi mobildən daha sürətli  izləyin

Ani bayılmaların səbəbləri

ani bayılmaların səbəbləri
Bayılma, tam bir şüur ​​itkisi ilə birlikdə bədənin normal mövqeyini qoruya bilmədiyinə görə yıxılmasını ifadə edir. Huşunu itirmə halında isə tam olaraq şüur ​​itkisi yaşanmaz, adam ətrafda olanların  fərqində olur. Ancaq insanda gücsüzlük, yorğunluq və halsızlıq yarandığı üçün reaksiya verə bilmək qabilliyəti olmur. Huşunu itirmə zamanı yerə yıxılmalar da yaşana bilər.

Orqanizm  əvvəldən xəbərdarlıq verməyə bilər

Epilepsiya xəstəliyinin xaricində, xüsusilə psixoloji təsir altında olan qısa müddətli şüur ​​itkisi olaraq təyin olunan bayılma vəziyyətlərinə “Senkop” deyilir. “Senkop”, əvvəldən xəbərdarlıq verməyəcək qədər sürətli reallaşan, qısamüddətli, tam və ani yaxşılaşma ilə düzələn beynin qısa müddətli qlobal qidalanma-qanlanma pozuğunluğudur.

İsti hava və susuzluq huşunu itirməyə səbəb ola bilər

Bayılmaya  qan dövranını idarə edən orqanların ani olaraq düzgün fəaliyyət göstərməməsi, həddindən artıq həssas vəziyyətlərdə reflekslərlə beynə qan axınının azalması səbəb ola bilər. Möhkəm yaxalı köynəyin boyun və şah damarlarına etdiyi təzyiq bu kimi bayılmalara nümunə göstərmək olar. Digər səbəb də qan miqdarının qısa müddətli azalması ilə bağlı qanın ürəyə və  beyinə qısa müddətli az ya da aşağı təzyiqdə getməsidir. Gənclərdə və yaşlılarda, xüsusilə təzyiq dərmanı istifadə edənlərdə çox rastlanan, yerdən birdən qalxdıqdan sonra izlənilən baş gicəllənməsi və  şüur ​​itkisi vəziyyətidir. İsti havalarda, susuz qalanda, uzun müddət ayaqda üstə qalanda Senkop daha diqqətə çarpan və şiddətli yaşana bilər. Ürəklə əlaqədar  ciddi narahatlıqlar da bayılmalara səbəb ola bilər. Bu narahatlıqlar; ürək qapağı xəstəlikləri, ürək ritm pozuqluqları ola bilər.

Ürəkdə  ciddi narahatlıqlar varsa …

Bayılma şikayəti olan adamda ürəyə aid ciddi narahatlıqların da olması nəzərə alınmalıdır. Ürək çırpınması, ürəkdə struktur pozulması, ailədə ani ölüm əhvalatı  kimi şikayətlər huşunu itirmə riskinin müəyyən edilməsində kömək olur. Ani və səbəbsiz bayılmalar yaşandığı halda mütləq həkimə müraciət edilməlidir. Bu bayılmalardan sonra xəstənin yenidən əvvəlki vəziyyətinə qayıtması heç bir ciddi problemin olmaması demək deyildir. Bayılma bir sıra ciddi səbəblərdən qaynaqlana bilər. Bunu müəyyən edərək müalicə etmək vacibdir.