Əsas səhifə / Əsas menu / Sağlamlıq / Arı südünün inanılmaz faydaları
Bizi mobildən daha sürətli  izləyin

Arı südünün inanılmaz faydaları

arArı südünün inanılmaz faydaları

Arı südü immunitet sistemini qüvvətləndirir və ömrü uzadır. Bunun sübutu isə yalnız arı südü ilə qidalanan ana arıdır. Çünki, normal arılar 6 həftə yaşayarkən ana arılar 6-7 il yaşayır.

Arı südünü məlhəm olaraq istifadə edərək və dərinizin gözəlləşməsində inanılmaz təsirlər əldə edə bilərsiz.

Arı bir mövsüm ərzində ancaq 1 kiloqram istehsal edə bilər. Arı südünü soyuducuda 2-3 ay ərzində saxlaya bilərsiniz. Daha uzun saxlmaq istəyirsinizsə mənfi 17 dərəcədə saxlamaq lazımdır. Arı südünü nə qədər tez istifadə etsəniz sizə o qədər fayda verər.

Arı südünün istehsalı zəhmətlidir. Bir həftəlik gənc arılar tərəfindən istehsal olunur. Gənc işçi arılar həyatlarının ən məhsuldar vaxtlarında, həm özləri, həm də bəşəriyyət üçün möcüzəvi faydaları olan arı südünü istehsal edirlər.

Ana arı təkcə arı südü ilə qidalandığı üçün digərlərindən görünüş olaraq daha fərqlidir və daha ağırdır.

Həmçinin arı südü xərçənglə mübarizədə, həm bütün dünyada, həm də Türkiyədə geniş olaraq istifadə edilir. Bir araşdırmaya görə arı südü xərçəng xəstəlikli hüceyrənin böyüməsini zəiflətdir və xərçəng riski olan xəstələrdə xərçəng əmələ gəlməsinə mane olduğu müəyyən edilib. Ekspertlərə görə ildə bir dəfə arı südü qəbulu xərçəngə yaxalanma riskini azaldır.

Arı südü kürü mikrobları məhv etdiyi kimi mikrobların əmələ gəlməsini də mane olur.

Sonsuzluq problemi olanlar üzərində aparılan araşdırmada məlum olub ki, arı südünün hüceyrə yeniləyici xüsusiyyəti sayəsində kişidə sperma sayını artır, damar quruluşunu gücləndirir və hormonal quruluşu normallaşdıraraq uşaq sahibi olmağı asanlaşdırır.

Arı südü damar tıxanıqlığını ortadan qaldıraraq qan axınını yaxşılaşdırır.

Şəkər xəstələrinə arı südü verildikdən sonra bu xəstələrdə yaxşılaşma müşahidə olunur. Arı südü qandakı şəkəri yandıraraq enerjiyə çevirir və insulin ehtiyacını azaldır.

Arı südü astma, bronxit və nəfəs darlığı çəkən xəstələri üçündə müalicəvidir və ağciyəri təmizləyərək bəlğəm azaldır.

Bundan başqa arı südü uşaqların zehni və fiziki inkişaflarını sürətləndirərək əzələ və sümük inkişafını dəstəkləyir.

Buna da baxın

Dəri təmizləyici tonik

Whatsapp ilə Paylaş Toz və çirkli hava səbəbindən yorğun düşən dərinizə lazımlı qulluq olmayanda müxtəlif dəri …