Əsas səhifə / Əsas menu / Pəhriz / Arıqladan ədviyyat qarışıqları
Bizi mobildən daha sürətli  izləyin

Arıqladan ədviyyat qarışıqları

rrArıqladan ədviyyat qarışıqları

Yeməklərinizdən əlavə ədviyyat qarışıqları ilə maddələr mübadilənizi sürətləndirə və daha tez arıqlaya bilərsiniz. Ədviyyatlarla hazırlayacağınız reseptləri bu yazımızda sizə təqdim edirik.

Canınız şirin istədiyində bir almanı darçın ilə dadlandırın. Darçın insulin səviyyəsini nizamlayır, şəkər ehtiyacını azaldır.

Tox qalmaq üçün ara payda bir ovuc qaynadılmış noxud üzərinə cirə əlavə edin. Cirə toxluq müddətini uzadar, qazı alır.

Maddələr mübadiləsinizi sürətləndirmək üçün ayrana kəklikotu suyu əlavə edin. Kəklikotu qan yağlarını azaldır, maddələr mübadiləsini gücləndirir.

Qabarıqlığı azaltmaq üçün ananasın üzərinə mixək əlavə edin. Ananasın içindəki bromelin fermenti, maddələr mübadiləsini çalışdırır, bədən şişini azaldır.

Tox tutan ədviyyat qarışığı

1 yemək qaşığı toz zəncəfil, 1 yemək qaşığı toz sarkök , 1 yemək qaşığı qırmızı bibər, 1 yemək qaşığı qara bibər, 1 yemək qaşığı kəklikotu, 1 yemək qaşığı quru nanə, 1 yemək qaşığı cirəni qarışdırın. İstər tərəvəz, istər ət yeməklərinizdə hər zaman bu qarışığı istifadə edə bilərsiniz. Həm yeməyinizi ləzzət qatar həm də tox qalma müddətinə faydası olur.


Buna da baxın

Qaraciyər sağlamlığı üçün faydalı içki

Whatsapp ilə PaylaşBu faydalı içki qara ciyər və öd kisəsi üçün çox faydalıdır – iltihab …