Əsas səhifə / Manşet / Qarındakı artıq yağları əritmək üçün idman hərəkətləri
Bizi mobildən daha sürətli  izləyin

Qarındakı artıq yağları əritmək üçün idman hərəkətləri

Arıqlamaq, artıq çəkilərdən xilas olamq üçün bir sıra diyetlər sınamış ola bilərsiniz. Amma məşqlə yanaşı diyetin effektinin daha yüksək olduğunu da nəzərə almaq lazımdır.

Əgər diyeti saxladıqdan sonra itirilən çəkilərin yenidən geri qayıtmasını istəmirsinizsə, diyetlə paralel olaraq bəzi idman hərəkətlərini də etməkdə fayda vardır. Bu mövzuda sizə kömək ola biləcək qarın nahiyyəsindəki əzələləri işlədərək, arıqlamağı sürətləndirən bir sıra idman hərəkətlərini Qadinklubu.com sizlər üçün araşdırdı. Bu hərəkətlərlə daha tez arıqlayaraq, yaya daha incə və zərif bədənlə başlaya bilərsiniz.

Qarın sıxışdırma

diyetlə paralel tətbiq edərsəniz nəticə mükəmməl olacaq

  1. Arxa üstə yerə uzanıb, dizlərinizi  qaldırın, ya da ayaqlarınızı şəkildəki kimi 90 dərəcə qaldırın.
  2. Əllərinizi başınızın arxasında birləşdirin.
  3. Dərin nəfəs alıb-verərək bədəninizi qaldırın. Endirərkən yenə dərin nəfəs alın.
  4. Yeni başlayırsınızsa, sadəcə 10 dəfə təkrarlayın.

Çarpaz sıxışdırma

diyetlə paralel tətbiq edərsəniz nəticə mükəmməl olacaq.Jpegfds

  1. Qarın sıxışdırma məşqində olduğu kimi arxa üstə uzanın.
  2. Əllərinizi yenə başınızın arxasında birləşdirin.
  3. Sağ çiyininizi sola doğru qaldırın. Təkrar yerə endirin.
  4. Sonra sol çiyininizi sağa doğru qaldırın. Təkrar yerə endirin.
  5. 10 dəfə təkrarlayın.

Tərs sıxışdırma

diyetlə paralel tətbiq edərsəniz nəticə mükəmməl olacaq.Jsg
1. Əllərinizi iki yanınıza qoyub dizlərinizi qaldırın.
2. Dizlərinizi şəkildəki kimi çiyinlərinizə doğru qaldırın. Təkrar başladığınız mövqeyə qayıdın.
3. 10 dəfə təkrarlayın.

Plank mövqeyi

diyetlə paralel tətbiq edərsəniz nəticə mükəmməl olacaq.Jpegfds.Jfgpeg
1. Üzü üstə yerə uzanın. Dirsəkləriniz  və ayaq barmaq uclarınızdan dəstək alaraq şəkildəki mövqeyi alın.
2. Boynunuz onurğanızla eyni xəttdə olmalıdır. Bu vəziyyətdə irəliyə baxın.
3. Bu mövqedə 30 saniyə qalın.

 

Qarın əzələlərini işlətməkdiyetlə paralel tətbiq edərsəniz nəticə mükəmməl olacaq.Jpiieg

  1. Dizlərinizi və əllərinizi yerə qoyaraq şəkildəki mövqeyi alın.
  2. Dərin bir nəfs alın. Qarın əzələlərinizi sərbəst buraxın.
  3. Nəfs verərkən qarın əzələlərinizi sıxın.
  4. Bu mövqedə 15-30 saniyə qədər qaldıqdan sonra təkrarlayın.

 

Yana bükülmə hərəkətidiyetlə paralel tətbiq edərsəniz nəticə mükəmməl olacaq.Jpeffg

  1. Ayaqlarınızı iki yana açıb dayanın.
  2. Belinizin sol tərəfində gərilmə hiss edənə qədər sağ tərəfə doğru belinizi bükün. Əlləriniz şəkildəki kimi olmalıdır.
  3. Bu mövqedə 15 saniyə qaldıqdan sonra başladığınız mövqeyə qayıdın.
  4. İndi digər tərəfə doğru belinizi bükün. 15 saniyə gözləyin.

Buna da baxın

Əməliyyat olmadan, təbii şəkildə mədə kiçiltməyin yolu

Whatsapp ilə Paylaş Yay mövsümü yaxınlaşır. “Çimərlikdə ideal görünməliyəm” deyən artıq çəkili xanımlar üçün çəki …